Özləri ilə ABŞ yə yüzlərlə kilo yemək və aşpaz heyəti apardılar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Norveç Futbol Federasiyası 2026-cı il FIFA Dünya Çempionatı üçün ABŞ-yə qidalanma hazırlığı ilə yollanıb.
“Qafqazinfo” xəbər verir ki, milli komandanın turnir zamanı adət etdiyi qidalanmadan uzaq qalmaması və performansın qorunması məqsədilə ABŞ-yə yüzlərlə kiloqram ərzaq və peşəkar aşpaz heyəti göndərilib.
Plan çərçivəsində ABŞ-yə təxminən 300 kiloqram balıq, 116 kiloqram qəhvəyi pendir və 6000 portağal aparıldığı bildirilir. Eyni zamanda, turnir boyunca komandanın qidalanmasına nəzarət etmək üçün üç norveçli aşpaz da heyətə qoşulub.
Norveç Futbol Federasiyasının məqsədinin futbolçuların evdəki qida rejimini qorumaq və turnir ərzində fiziki hazırlığı maksimum səviyyədə saxlamaq olduğu qeyd olunur.
Federasiya bu addımı idmançıların performansının yalnız məşqlə deyil, düzgün və tanış qidalanma ilə də birbaşa bağlı olduğu prinsipi ilə əsaslandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 11 İyun 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















