Qalibləri futbolçuların özləri seçəcəklər
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və FIFA festivalı çərçivəsində ənənəvi fərdi mükafatlar əvəzinə komandaların birliyini və dəyərlərini ön plana çıxaran üç xüsusi nominasiya təsis olunub.
Futbolpress.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino 189 komandanın mübarizə apardığı bu tarixi tədbirin gənclər arasında əsl bayram ab-havası və inanılmaz enerji yaratdığını qeyd edib.
Digər yarışlardan fərqli olaraq, Bakıdakı turnirdə “Qızıl buts” və ya “Fair-play” kimi fərdi mükafatlar verilməyəcək. Qaliblər rəsmilərin qərarı ilə deyil, futbolçuların öz aralarındakı səsvermə əsasında üç kateqoriya üzrə müəyyənləşəcək.
“Distinctive Identity Award” (Özünəməxsusluq mükafatı) aydın oyun tərzi, dəyərləri və fərdi xüsusiyyətləri ilə seçilən kollektivə təqdim olunacaq. “United by Football Award” (Futbol birləşdirir) komanda daxilindəki qarşılıqlı dəstəyi, daxili birliyi və müsbət atmosferi ən yaxşı əks etdirən komandaya veriləcək. “Positive Energy Award” (Pozitiv enerji mükafatı) ehtiyat oyunçular skamyasındakı münasibət, çətinliklərə reaksiya və nümayiş olunan böyük həvəsə görə seçiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















