Icma.az
close
up
RU
Özlərini Azərbaycanın mənəvi səfiri kimi görən həmvətənlərimiz xaricdə diasporumuzu uğura aparar

Özlərini Azərbaycanın mənəvi səfiri kimi görən həmvətənlərimiz xaricdə diasporumuzu uğura aparar

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanı təbliğ etməyə məcburdurmu? Axı heç də həmişə, ölkədən gedənlər vətənini düşünmür. Biz bu kimi hallara çox şahid oluruq. Vətəni düşünənlər ən azından Azərbaycana qarşı təxribatlara cavab verməli deyilmi?

Bizimyol.info xəbər portalının suallarını Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk cavablandırıb.

Bu gün xaricdə yaşyan azərbaycanlılar Azərbaycan həqiqətlərini dünyaya yetərincə çatdıra bilirmi, buna cəhd edirmi?

- Bu məsələdə hansısa yekdil fikir bildirmək çətindir. Birmənalı olaraq demək olar ki, xaricdə yaşayıb özünü vətənpərvər hesab edən və, vətəni ilə mənəvi bağlılığı olan insanların əməklərini unutmaq olmaz. Biz bu suala cavab verərkən düşünməliyik ki, insanlarımız öz imkanları hesabına bunu həyata keçirirlər. Xaricdə ölkə həqiqətlərimizi təbliğ etməyin əsas yolu media ilə əməkdaşlığın qurulmasından keçir. Bunun üçün yüksək dil bilikləri ilə yanaşı, ünsiyyəti düzgün qurmaq lazımdır. Bu təbliğatın peşəkar səviyyədə aparılmasına gətirib çıxara bilər. Üstəlik, nüfuzlu mədəniyyət, elm, siyasət, incəsənət, idman xadimləri ilə əlaqələrin qurulmasında maraqlı olmalıdırlar. Bu yaxınlarda nüfuzlu futbolçuların ölkəmizə səfərləri təbliğatda yaxşı format sayılmalıdır. Bu kimi fəaliyyətləri artırmaqla dünyada dostlarımzıın sayını artırmış olarıq.

Qurultay keçirildi, heç də yaddaşlarda yaxşı qalmadı. Həmin qurultayda iştirak edənlər COP 29 ərəfəsində, COP günlərində və bu gün Azərbaycana qarşı edilən təxribatlara cavab verə bilirmi?

- Dünya azərbaycanlılarının birliyinə xidmət edən tədbirlərin keçirilməsi yaxşı haldır. Fəal insanlarımızın qarşılıqlı ünsiyyətinin yaranması yeni ideyaların yaranmasına gətirib çıxara bilər. Əyani görüşlər dostluq və münasibətlərin güclənməsinə təsir göstərəcək.

Hansısa tədbirdən sonra fəaliyyətdə yeni mərhələnin başlanılması üçün insanlarımızı özlərində də həvəs olmalıdır. Tədbiri tədbir xatirinə keçirtmək və bunun eyforiyası ilə yaşamaqla nəticə əldə etmək olmaz.

COP 29 tədbiri özlüyündə Azərbaycanın dünyaya tanıdılması və antiazərbaycan qüvvələrinə qarşı cavab oldu. Prezident İlham Əliyev antiazərbaycan qüvvələrinə yüksək səviyyədə cavablarını verdi. Ümumiyyətlə, Azərbaycan dövləti tədbiri yüksək hazırlaşmışdı və bütün "anti" qüvvələrin planları puç oldu. Bununla bağlı Avropa Xəbər Agenytliyinin əməkdaşı Vüqar Abbasovun yazılarına rast gəldim. Statistikanı aparmamışam. Aidiyyət qurumlar bu barədə daha çox məlumatlı olarlar. Ola bilər ki, sosial şəbəkələrdə vəya xarici mətbautda kimlərsə yazılarla çıxış ediblər. Yenə də xarici mətbuatda bununla bağlı çıxış etmək yaxşı vasitələrdən biri hesab edilməlidir.

Danışanda deyirik ki, erməni diasporu güclüdür, biz niyə geridə qalırıq, bunun səbəbi nəıdir?

- Biz sualı mətbuatda, ictimai müzakirələrdə, sosial şəbəkələrdə də çox eşidirik. Səbəbləri bir neçə amillə bağlı olmaq olar. Bu suala yetərincə cavablar verilib. Azərbaycan diasporunun formalaşması tarixi o qədər uzaq olmasa da, bu gün yetərincə təşkilatlanmış Azərbaycan icması fəaliyyət göstərir. Zamana ehtiyacı var. Yeni nəsil formalaşır. Onlar Azərbaycan icmasının güclənməsində xüsusi rol oynacaqlarına inanıram.

Erməni diasporunun fəaliyyəti ilə bağlı fikirlərə qısaca belə cavab verərdim: Məncə, bu məsələdə tarixə nəzər salmalıyıq. Ermənilər yüz illərdir ki, xaricdə məskunlaşıblar. Burada tarixi amili yaddan çıxartmamalıyıq. Həm də ermənilər təşkilatlanmağa meyli olublar. Üstəlik, onları təşkilatlandıran və maliyyələşdirən qüvvələr olub. Bu qüvvələr XIX əsrdə Osmanlıya qarşı idilər. Məqsədlər Osmanlını zəiflətmək və istədiklərini almaq idi. Daha sonra erməni lobbisini Türkiyə qarşı yönəltdilər. Qondarma erməni soyqırımı alət kimi istifadə olunub.

Xaricdə yaşayan azərbaycanlılar üçün yetərincə imkanlar yaradılırmı?

- Dövlət özü müəyyən layihələri dəstəkləyir. Keçirilən tədbirlərə dəstəklər göstərilir. Bununla bağlı zaman-zaman mətbuatda yazı və xəbərlərə rast gəlirik. Düşünürəm ki, bununla yanaşı xaricdə yaşayan və fəaliyyət göstərən iş adamlarımızın potensialından yayarlanmalıyıq. Erməni lobbisi bu fəaliyyət istiqamətindən daha çox faydalnır.

Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanı təbliğ etməyə maraqlıdırmı?

- Bu daxili məsələ ilə bağlı idi. Özündə vətənpərvərliyi və bu duyğuları daşıyan insanlar onlara demədən də bu fəaliyyəti həyata keçiricəklər və həmişə belə də olacaq. Bunun bariz nümunələri çoxdur. 90-cı ildə Azərbaycan müstəqil deyildi. Buna baxmayaraq Avropada yaşayan İğdır və Qars azərbaycanlıları ilk Azərbaycan təşkilatlarının əsasını qoyurdular.

Bu gün reallıq başqadır. Daha çox lobbiçiliyə keçidin əsası qoyulmalıdır. Düzdür, hər kəs üzərinə düşən işi həyata keçirəcək. Ruhən vətənə bağlı insanlar həmişə olub və bundan sonra da olacaq. Unutmamalıyıq ki, hamımızın bir Vətəni var. Vətəni təbliğat etmək və dostluq körpülərinin yaranmasında Azərbaycan icmalarının, vətənpərvər insanların üzərinə böyük məsuliyyət düşür. Onlar həm də özlərini mənəvi səfir kimi görməlidirlər. Bu hisləri daşıyan şəxslər diasporumuzun fəaliyyətini uğurlu şəkildə irəli apara bilərlər.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri