Icma.az
close
up
RU
“Özümü nə canlı, nə də digər formada əfsanə hiss etmirəm Mariya Stadnikin ə MÜSAHİBƏSİ

“Özümü nə canlı, nə də digər formada əfsanə hiss etmirəm Mariya Stadnikin ə MÜSAHİBƏSİ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya güləşinin canlı əfsanəsi, qadın güləşi üzrə beş dəfə Olimpiya oyunlarının iştirakçısı (onlardan dördündə fəxri kürsüyə qalxıb – red.), Azərbaycan millisinin sabiq üzvü Mariya Stadnik İdman.Biz-ə müsahibə verib.

- Mariya, hazırda nə ilə məşğulsunuz?

- Ofisdəyəm (gülür). Karyeramı bitirdikdən sonra, bu ilin fevralından qadın güləşi üzrə yığmanın koordinatoruyam. Komandaya, bütün yaş qruplarına rəhbərlik edirəm, qadın güləşi ilə bağlı problemləri analiz edir və istedadlı idmançılar axtarıram.

- Son doqquz ayda yeni istedadlar tapa bilmisinizmi?

- Doqquz ay ərzində hamilə qalmaq olar, mən isə qadın güləşi ilə “hamilə qalmışam”, amma hələ doğmamışam (gülür). Mənə istedadı kəşf edib yetişdirmək, böyük qələbələrə hazırlamaq üçün beş-altı il lazımdır.

- Yaxın beş-altı ildən sonra hamının tanıdığı və rəğbət bəslədiyi yetirmələriniz olacaq?

- Öz yetirmələrim yoxdur, bu baxımdan neytralam. Mənim məqsədim komandadakı hər bir qızın nəticə göstərməsi, hər kəsin haqqında danışılması və hər birindən müsbət nəticə gözlənilməsidir. Hazırda çox istedadlı qızlar var və onlara inanıram, amma hər şeyi zaman göstərəcək.

- Mənfi hadisələr sizi necə bu qədər pozitiv saxlaya bilir?

- Əsas olan içimizdədir, ətrafda deyil. İnsan içində nə qədər inam və sevgi varsa, xarici təsirlər bir o qədər az təsir edir.

- Özünüzü əfsanə kimi hiss edirsinizmi? Beş Olimpiya oyunu, dördündə fəxri kürsüyə qalxmaq, saysız-hesabsız titullar…

- Xeyr, özümü nə canlı, nə də başqa bir formada əfsanə hiss etmirəm (gülür). Sadəcə, mənim bacardığım işi hələ heç kim bacarmayıb.

- Sizin uğurunuzu kimsə təkrarlaya bilərmi?

- Düşünürəm ki, təkrarlaya bilərlər. Mən axı bacarmışam! Onlar da bunu anlayırlar. Hər şeyin mümkün olduğunu görürlər. Əsas odur ki, bunu əldə etmək və reallaşdırmaq istəsinlər.

- Karyeranızın üç ən xoşbəxt anı hansılardır?

- Güləşə başladığım və güləşi bitirdiyim anlar (gülür). Amma ciddi desək, böyük qələbələrlə bağlı hər an mənim üçün xoşbəxt olub.

- Böyük uğursuzluqlar yaşadınız? Onların içində hələ də sizi narahat edən varmı?

- Yox, belə şeylər yoxdur. Əvvəllər uğursuzluq olduğunu düşünürdüm, amma indi başa düşürəm ki, istədiyim kimi alınmayan hər şey sadəcə mənim təcrübəmdir.

- Üç ən dəyərli arzunuzu deyə bilərsiniz?

- Birincisi - Vətənim, Ukraynada müharibənin sona çatması. İkincisi - uşaqlarımın sağlam olması. Üçüncüsü - insanların sülhü qiymətləndirməsi və hörmət etməsi, bir-birini sevməsi.

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Oktyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri