“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” Video
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Ayxan Hüseynov Lixtenşteynlə 0:0 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının oyunundan sonra danışıb.
QOL.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında komandanın yalnız qələbə üçün meydana çıxdığını bildirib:
“Hamımız peşmanıq. Hamımız ancaq qələbəni fikirləşirdik. Yenə də çoxlu epizoda girdik, təəssüf ki, amma onları qola çevirə bilmədik. Bilmirəm, əslində niyə belə etdik. Neçənci oyundur ki, belə yaxşı imkanlar yaradırıq, amma onları qola çevirə bilmirik. Özümüz də başa düşmürük ki, niyə. Oturub fikirləşməliyik ki, növbəti oyunda daha konsentrasiyalı, daha istəkli meydana çıxaq və qələbə qazanaq”.
A.Hüseynov Lixtenşteynlə heç-heçənin komanda üçün məğlubiyyətə bərabər olduğunu deyib:
“Əlbəttə, bu nəticə bizi qıcıqlandırır. Onlar üçün bəlkə də qələbə kimidir. Amma bizdə elə bil məğlubiyyət kimi oldu bu bir xal. Çünki biz ancaq qələbəni düşünürdük. Alınmadı. Futbol belədir. Qələbə qazanmaq istəyirsənsə, qol vurmalısan. Biz də bu gün bunu edə bilmədik. İnşallah, gələn oyuna üç gün var. Çalışıb maksimum hazırlaşacağıq. Bu oyunu yadımızdan çıxarıb Litva ilə qarşılaşmaya hazırlaşacağıq”.
Futbolçu Litva ilə oyunda yarana biləcək psixoloji gərginlik barədə də danışıb:
“Yenə deyirəm, epizodlarımız var idi. Əslində 6-7 qol vura bilərdik. Onları vursaydıq, bu gün hamı sevinə-sevinə burada gülüb danışardı. Amma edə bilmədik. İnşallah, Litva ilə oyunda bunları həyata keçirməyə çalışacağıq”.
A.Hüseynov azarkeşləri sevindirmək istədiklərini və qarşıdakı oyunda bunu etməyə çalışacaqlarını vurğulayıb.
Aysu Orucova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Oktyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















