Icma.az
close
up
RU
Tariximiz və özümüz

Tariximiz və özümüz

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tariximiz və özümüz

Ermənilərin iddialarına görə, albanların yazılı abidələri mövcud deyil. Onlar əmin idilər ki, alban dilində yazılmış bütün salnamələri məhv ediblər. ​Gözlənilmədən Sinay yarımadasından, Qırmızı dəniz sahilindəki Müqəddəs Katerina monastırından alban pərqamənti tapıldı, onların çoxillik cəhdləri toz kimi havaya sovruldu ({Zaza Aleksidze} 2003. s.3-129; {İlhami Cəfərsoy} 2014. s.33-52).

​Düzdür, XX əsrin əvvəllərində Azərbaycan ərazisindən Alban və türk əlifbası ilə yazılmış mətnlər tapılmışdı. Ancaq bizim dilçilərin həmin mətnlər üzərində işləməsinə imkan verilməmişdi. ​Konkret faktlara müraciət edək. 1926-cı ildə Göyçay qəzasının Quşçu və Qurdlar kəndlərindən türk əlifbası ilə yazılı mətnlər tapıldı. Ancaq Azərbaycan alimləri onlara yaxın buraxılmadı.

​A. P. Fituni soyadlı Şamaxı ermənisi yazır: – Biz Azərbaycan hökumətinin bütün cəhdlərinə baxmayaraq həmin yazılı abidələrin Bakıda qalmasına imkan vermədik. Onları Tiflisə və Peterburqa göndərdik {Fituni} 1926. s.3-25).

​Alban və türk əlifbaları ilə yazılmış kitabələri yalnız ermənilər yox, həm də gürcülər məhv edirdilər. Çünki Moskvanın himayəsi altında onların gizli niyyətləri var idi.

​Həmin niyyətin nəticəsi olaraq Azərbaycanın Borçalı mahalı gürcülərə, Göyçə mahalı ermənilərə verildi. İş o yerə çatdı ki, 1946-cı ildə Mingəçevirdən tapılan V əsrə aid yazılı şamdan Tiflisə aparıldı.

​Akaki Şanidze yazır ki, o şamdan üzərindəki yazı ən qədim alban yazısıdır {Şanidze} 1938. s.6). Ancaq dilinə gətirmədi ki, şamdanın üzərində alban hərfləri ilə tanrı sözü aydın oxunur.

Suallar verilə bilər ki, Azərbaycan ziyalıları nəyə görə bu saxtakarlığa qarşı səslərini ucaltmadılar? Onlar ona görə ucaltmadılar ki, 30-40-cı illərdə onların yarısı torpağın altında, yarısı Sibirin qarlı meşələrində idi.

​Alban əlifbası ilə yazılmış başqa bir qiymətli abidə Borçalıdan tapıldı. Akaki Şanidze mənim abidənin dili barədə bir söz demir. Yalnız onu qeyd edir ki, V əsrdə Aid Bolnisi kitabəsi qarışıq türk və alban əlifbası ilə yazılmışdır (\text{Şanidzdə} 1960. s.

​Albaniya ilə İberiya arasındakı David Qaraça mağara-monastırında uyğur əlifbası ilə yazılmış dualar var idi. Dualardan biri belədir: Ari tanqri, ari yuca, ari acalsez, lisa ki xaça çəktənk, rahmat gəlgil bizə {Şanidzdə} 1938. s.54-55).

​Akaki Şanidze yazır ki, o mağara yazıları naməlum bir dildədir. Əslində burada naməlum bir şey yoxdur. Dua başdan-başa türk sözlərindən ibarətdir.

​Akaki Şanidze naməlum dildəki tanqri, yuca, biz, gəlgil, sözlərini görmür. İddia edir ki, duada üç dəfə təkrar olunan ari, yəni təmiz türk sözü deyil. Özünə xeyli zəhmət verib, fars dilindəki lüğətləri vərəqləyir. Oradan tapır ki, ari tanqri fars dilində pak xuda deməkdir {Şanidzdə} 1938. s.43-44).

​Naməlum erəmi (yəni Aran dilindəki ari-təmiz, yuca-uca, xaç-xaç, çəktənk-çəkilmiş) hamısı türk sözləridir. Duada bircə alınma söz var ki, o da -sez inkər şəkilçisi ilə işlənmişdir.

​Erməni və gürcü tarixçilərinin iddialarına görə, onların əcdadları Qafqazda xristian mədəniyyətinin yaradıcılarıdır. Halbuki həmin mədəniyyətin böyük bir qolunu xristian türk və alban nəsilləri - erlər, çorlar, utilər, uçarlar, ucanlar və başqaları yaradıblar. Qonşularımız mərhələlərlə həmin abidələri öz dillərinə tərcümə edib, ilkin nüxsələri yandırdılar.

İlhami Cəfərsoy, tarixçi alim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 01 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see394

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see359

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see285

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see279

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see266

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see256

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see214

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see207

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see174

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see171

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see167

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see165

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see162

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see161

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see158

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see157

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see153

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see152

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri