Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur Hollivud aktyoru Riçard Gir yeni filmi üçün çəkiliş zamanı 28 yaşlı aktrisa Diana Silverslə romantik səhnələrdə kameralara tuş gəlib.
“Qafqazinfo” xəbər verir ki, 76 yaşlı aktyor Nyu-Yorkda çəkilən “Asimmetriya” filminin hazırlıqları zamanı parkda Diana Silverslə əl-ələ gəzərkən, dondurma yeyərkən və səmimi anlar yaşayarkən görüntülənib.
Aktyorla gənc həmkarı arasındakı 48 yaş fərqi fotoların sosial şəbəkələrdə geniş müzakirə olunmasına səbəb olub. Lakin sonradan məlum olub ki, görüntülər real münasibəti deyil, yeni filmin çəkiliş prosesini əks etdirir.
Filmdə Riçard Gir yazıçı Ezra obrazını, Diana Silvers isə onun ədəbi köməkçisi Alisa rolunu canlandırır. “Asimmetriya” yazıçı Lisa Hallideyin eyniadlı bestseller romanı əsasında ekranlaşdırılır.
“Asimmetriya” romanının Nobel mükafatlı yazıçı Filip Rot ilə müəllif Lisa Hallidey arasındakı real həyat münasibətlərindən ilhamlandığı bildirilir. Əsər yayımlanmadan əvvəl də bu məqamla bağlı böyük maraq doğurmuşdu.
Riçard Gir hazırda 43 yaşlı ispan ictimaiyyətlə əlaqələr mütəxəssisi Alejandra Silva ilə evlidir. Cütlük 2018-ci ildə ailə qurub və iki övladı var.
Xarici mətbuatda Diana Silversin yaş baxımından Riçard Girin 26 yaşlı oğlu Homer Girə daha yaxın olduğu bildirilib.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 Avqust 2026 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















