Icma.az
close
up
RU
“Özünə doğma bildiyi adamlara belə deyir” Xocalıda Prezidenti güldürən Rahul FOTO+VİDEO

“Özünə doğma bildiyi adamlara belə deyir” Xocalıda Prezidenti güldürən Rahul FOTO+VİDEO

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev ötən günlərdə Qarabağ bölgəsində səfərdə olub. Dövlət başçısı Füzulinin, Xocalının, Xocavəndin kəndlərində olub, burada vətəndaşlarla görüşüb.

İlham Əliyev Şuşakənddə olarkən Xocalı sakinin Zaur Rzayevin evində qonaq olub, onun ailə üzvləri ilə söhbət edib.

Söhbət zamanı evin balaca övladı Rahulun Prezident İlham Əliyevlə maraqlı dialoqu yaşanıb. Belə ki, xəritədə Azərbaycanı Prezidentə göstərən Rahul daha sonra qoğal yediyini də deyərək hər kəsin üzündə gülüş yaradıb. 
Modern.az Rzayevlər ailəsi ilə əlaqə saxlayıb.
Həmsöhbət olduğumuz Zaur Rzayevin səsindən sevinci hiss olunur:
“Elə indi ailəmizlə birlikdə Şuşakəndi gəzirik, buralar çox gözəldir. Vətənə qayıtmaq, bundan sonra öz el-obamızda yaşamaq qədər gözəl hiss yoxdur”. 
Bu sözləri deyəndən sonra fonda qayıdışın sevimli simasına çevrilən Rahulun da səsi gəlirdi: "Ata, gəl ora da gedək".
Doğma yurdunu 30 il sonra görən bu ailəni çox da telefonda saxlatmaq istəməyib axşam danışmaqla bağlı razılaşdıq. 


Bir neçə saat sonra Zaur Rzayev özü bizə zəng etdi, səsindəki sevinc isə hələ də qalırdı:
“Eşidəndə ki, cənab Prezident bizim evə qonaq gələcək çox qürur duyduq. Çünki, bu hər bir vətəndaşın arzusudur. Öz doğma yurdumuza köçməyin sevinci bu xəbərlə iki qat artdı. Qarabağa ilk köç edən ailələrdən olmaq insana xoşbəxtlik hissi bəxş edir. 33 il doğma yurdumuzdan uzaqda yaşamaq bütün məcburi köçkünlər kimi bizim üçün də çətin olub. 
Çox sevinirik ki, bizim doğulub lakin yaşayıb-yarada bilmədiyimiz torpaqlarda övladlarımız yaşayacaq. Buna görə də Ulu öndərimizin siyasətinin uğurlu davamçısı cənab Prezident İlham Əliyevə və ordumuza təşəkkür edirik. Vətəni uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Onları böyüdən gözəl valideynlərin əllərindən öpürük” - deyə müsahibimiz xüsusi ilə bildirdi. 

Rahulla dövlət başçısının söhbəti haqqında danışmaq belə hər ikimizdə yenidən gülüş yaratdı:
“Cənab Prezident bizə gələndə ailə üzvlərimizdən ən kiçiyi Rahul da çox sevincli idi. Evdə bir az dəcəllik edirdi deyə anası ən sevimli məşğuliyyəti olan atlas və qlobusla başını qatmaq üçün ona verdi. Cənab Prezident evə daxil olan kimi - İlham baba, salam, - deyib yenidən yerində əyləşdi. Cənab Prezident onun əlində atlası görüb, xəritədə Azərbaycanı göstərməsini istədi. Rahul da bunu məharətlə bacardı. Rahulun 5 yaşı olmasına baxmayaraq 3 yaşından başlayaraq yazıb-oxumağı öyrənib, şifahi toplamalar edir, ölkələri qlobusda rahatlıqla tapa bilir. Həmçinin dünya ölkələrinin bayraqlarını, müəyyən qədər də paytaxtlarını tanıyır. Üzündə sərbəst şəkildə kitab oxuyur”.   

Zaur Rzayev, həmçinin oğlunun naharda yediklərini Prezidentə deməsindən də danışıb:
"Сənab Prezident xüsusi nümayəndəlikdən görülən işlər haqqında məlumat alarkən Rahul Prezidentə səmimiyyəti ilə ürəyindən keçərək naharda yediyi yeməyi deyir. Rahulda bir xasiyyət var, özünə doğma, yaxın bildiklərinə yeni şeylər öyrənəndə onu danışar, nə yediyini deyər, təzə paltar alanda onu göstərər. Uşaqdır, yəqin bu onun səmimiyyətindən, saflığından gəlir. Rahulun da Prezidentə qoğal yediyini deməyi hamımızın söhbət əsnasında gülüşünə səbəb oldu. Sosial şəbəkələrədə də bu görüntülərin səmimi qarşılanması bizi sevindirdi. 
Heç şübhəsiz ki, 33 il sonra vətəninə qayıdan hər kəs Rahul kimi bu dövlətin başçısını özünə ən doğma adam bilir. Ali baş komandan illər sonra bizə Zəfəri yaşatmaqla bərabər, Böyük Qayıdış planı və qayğısı ilə 10 milyonun üzündə yenidən gülüş yaradır. Bir zamanlar Azərbaycanı xəritədə tapmaqda çətinlik çəkənlər də, ölkə başçısının apardığı güclü siyasətlə 5 yaşlı Rahul kimi ölkəmizin harada yerləşdiyini də, bu xalqı da, onun liderini də yaxşı tanıyır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see312

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see191

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see125

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri