Icma.az
close
up
RU
Özünə inam hissini necə artırmalı?

Özünə inam hissini necə artırmalı?

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Özünə inam əhəmiyyətli bir fərdi xüsusiyyətdir. İnam hissi bizə həyatla baş etməmizi və problemlərlə həqiqi bir şəkildə mübarizə aparmağımızı təmin edər və çətinliklərə dayanmamızı asanlaşdırır.

Özünə inam qazanmaq prosesi, həyatın əhəmiyyətli çətinlikləri ilə başa çıxma gücünə sahib və xoşbəxt olmağa layiq bir adam olma təcrübəsidir.
Özünə inam insana güc verir, enerjisini artırır və daha çox səy göstərməyə təşviq edir. Müvəffəqiyyət üçün ilham mənbəyidir. Uğurlarımızla qürur duymamızı və onlardan zövq almamızı təmin edər.

Bizim yanaşmamızdan asılı olaraq başqa insanlar və xaricimizdəki hadisələr özünə inamımızı yüksəldə, ya da sonlandıra bilər. Həyata özünə inamlı bir şəkildə yaxınlaşmaq və bunu davam etdirmək vacibdir. Ancaq  həddindən artıq bir güvən duyğusu ilə hərəkət edərək özümüzü və digər insanları narahat etmə riskini də almamaq lazımdır.
Özünə inam olmadıqda işləri edə bilmə qabiliyyətimizə əmin ola bilmərik. Lazımlı bacarığa və təcrübəyə sahib olduğumuzu bildiyimiz halda, daha əvvəl heç etmədiyimiz bir işlə qarşılaşdığımızda narahat oluruq. Bir çox hallarda, xüsusilə qərar verdiyimiz halda və ya yeni insanları işin içinə qatmamız lazım olan vəziyyətlərdə narahat olarıq.

Özünə inam, hədəflərimizin arxasından gedərkən bizə güc verir. Uğurlarımızla doyum və rahatlıq hiss etməmizə icazə verir. Özünə inamımızın güclü olması vəziyyətində müvəffəqiyyət bizə təbii və doğru gəlir.

Bir çoxumuz, müəyyən zamanlarda, müəyyən insanlarla və müəyyən vəziyyətlərdə özümüzü etibarlı hiss edərkən, bəzi hallarda, zamanlarda və bəzi insanların qarşısında özünə inamımızı itiririk. Özümüzə olan güvən duyğumuza nələrin təsir etdiyini doğru anlamamız lazımdır.

Bunun üçün bu sualları özümüzə verməli və dürüst cavablar tapmalıyıq.

Özümüzə ən çox güvəndiyimiz zamanlar hansılarıdır? Qabiliyyətlərimizə əmin olduğumuz və özümüzü ən rahat hiss etdiyimiz vəziyyətlər nələrdir?

Qarşısında özünə inamımızın ən yüksək olduğunu düşündüyümüz insanlar kimlərdir?  Nə üçün?

Onlar bizə özünə inamımızı artıracaq nə söyləyirlər və ya nə edirlər?

Nə zaman özümüzə olan etibarımızı ən aşağı olduğunu hiss edirik?

Özünə inamımızı azaldan nələrdir?

Hansı insanlar və hansı vəziyyətlər bizim özümüzü etibarsız hiss etməmizə səbəb olur?

Deyilən ya da edilənlər nələrdir?

Bu suallara cavab verərkən hazır olmadığınız yeni vəziyyətlərdən ya da geyimlərdən və xarici görünüşünüzün yaxşı olduğu zamanlardan söz edə bilərsiniz. Özünə inam, əsasən özümüzü necə hazırladığımız və özümüzü necə gördüyümüz ilə əlaqədardır. Özünə inam gəlib gedən, azalıb artan bir duyğudur. Bəzi günlər özümüzü digər günlərə görə daha etibarlı və güclü hiss edərik. Bəzi günlərdə də özümüzü yoldaşlarımızın yanında qeyri-kafi hiss edərik və ya öz qabiliyyətlərimizi davamlı olaraq onlarınki ilə müqayisə edərək yaşayarıq.

Özünə inamımızın zəiflədiyi vəziyyətlərdə edə biləcəyimiz ilk iş, heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bəlkə başqa insanların, sizin sahib olmadığınız bacarıqları vardır. Ancaq siz də böyük ehtimalla onların edə bilmədiyi bəzi şeyləri edə bilirsiniz./milli.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 04:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri