Icma.az
close
up
RU
Özünə məşğulluq yaradan kənd sakini: “Sevincdən ağlamışdım...”

Özünə məşğulluq yaradan kənd sakini: “Sevincdən ağlamışdım...”

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vüsalə Hüseynova: “Hər şey oğluma unudulmaz ad günü keçirmək istəyi ilə başladı”

Bölgələrdəki qadınlarımızın özünə iş tapması, gəlir əldə etməsi hər zaman əlçatan olmur. Kəndlərdə kollektiv təsərrüfatlar, istehsal müəssisələri olmadığına görə kənd qadınlarının çıxış yolu öz işini qurmaq olur. Bu gün ölkəmizin müxtəlif bölgələrində, rayonlarda və kəndlərdə öz kişik biznesini qurub gəlir əldə edən kifayət qədər çox qadın var ki, həm ailə büdcəsinə, həm də dövlətə fayda verirlər. Bu silsiləmizdə həmin qadınların haqqında yazacağıq. İlk yazımızı Tovuzun Dzqırıqlı kəndində yaşayan Vüsalə Hüseynovanın haqqında hazırladıq. Vüsalə 34 yaşındadır, bir oğul anasıdır. Öz işini 6 ildir qurub və bu gün yaşadığı rayonda əl işləri, düzəltdiyi bəzəklər, dekorlar, xonçalar, eksklüziv hədiyyəliklər ilə tanınır.

-Vüsalə, necə və nə vaxt ağlına gəldi ki, əl işlərindən pul qazana bilərsən? Kiçik kənd, imkanlar məhdud, alıcı qüvvəsi zəif - belə bir mühitdə pul qazanmaq da asan deyil.

- Əvvəl pul qazanmaq deyildi məqsədim, ideyamı həyata keçirmək idi. Müəllimim qardaşım olub. O montaj işləri görürdü, zamanla mənim təhrikimlə əl işləri də hazırlamağa başladı. Mənim çox istedadlı qardaşım var, əl qabiliyyəti əladır. Taxtadan, şirin xəmirdən, simdən, adi kağızdan çox maraqlı əşyalar, dekorlar hazırlayırdı həvəsi olanda. Mən də onun təsiri ilə həvəsləndim. İlk dəfə oğlumun 5 yaşında cəhd elədim, ad günü yaxınlaşırdı və həvəsləndim ki, oğlum üçün maraqlı nəsə edim. Əvvəlcə maraqlandım ki, bu çevrədə tort üzəri üçün dekor hazırlayan kimsə varmı, ad günü dekorunu kimə sifariş edə bilərəm, axı oğlumun ilk yubileyi idi. Bilirsiniz ki, kəndlərdə uşaqların əyləncə imkanları zəifdir, ona maraqlı, yaddaqalan ad günü məclisi təşkil etmək istəyirdim. Amma elə birini tapa bilmədim ki mənim istədiklərimi hazırlasın.

Rayonda, kənddə bəzək işləri üçün xammal tapmaq çətindir, xırdavat dükanlarında çox şey olmur. Həmin ərəfədə yolum Bakıya düşmüşdü, bəzək ləvazimatları dükanına girəndə fikirləşdim ki kaş bu mağazalardan kənddə də olaydı, nə gözəl əl işləri düzəltmək olardı. Şirin xəmir – marçipandan tortun üzərinə oğlumun sevdiyi cizgi film qəhrəmanının fiqurunu hazırlamaq gəldi ağlıma, yadıma düşdü ki, qardaşım plastilindən super fiqurlar düzəldir. İnanırsınız, kəndə qayıdan kimi qaçdım qardaşımın yanına, dedim gəl bu fiquru düzəlt, elə bununla da bu işə girişək, bu sahədə sənin istedadın var, mənim də fantaziya və ideyam, birləşək bir biznes quraq. Əvvəl imtina etdi, vaxtının olmadığını dedi. Həvəsdən düşdüm, kor-peşman qayıtdım evə. Səhər qardaşımdan mesaj gəldi, baxdım ki istədiyim cizgi fiqurunu hazırlayıb, şəklini çəkib mənə göndərib. Səmimi deyirəm, sevincdən ağladım. Beləcə başladıq işə. Həm şirin xəmirdən fiqurlar düzəldirdik, həm də dekor, çap işləri görürdük. O vaxt kompyuterim yox idi, istədiyim dizaynları telefonda hazırlayıb göndərirdim qardaşıma, o da hazırlayırdı.

-Neçənci ildən gedir söhbət?

-2018-ci ilin yanvarından işə başladıq. Gözlədiyimizdən də daha çox sürətlə məşhurlaşdıq, sifarişimiz getdikcə artmağa başladı. Sonra pandemiya başladı, işimizdə durğunluq yarandı təbii olaraq. Amma yenə də həvəsdən düşmədik. Mən öz ideyalarımı, fantaziyalarımı işə salaraq telefonumla dizayn edirdim, göndərirdim qardaşım çap edirdi, eləcə də tort üzəri maket və fiqur işləri hazırlayırdıq. Dekabradək belə davam etdik. Dekabrda yenə mənim israrımla qardaşımın həyat yoldaşını da öz komandamıza daxil etdik, o gözəl tortlar bişirirdi, bu bacarığını dəyərləndirmək istədik. Beləcə mən montaj edirəm, qardaşım fiqurlar və çap işini görür, gəlinimiz də tort bişirirdi. Tortlarımıza təlabat günü-gündən artdı, çünki sifarişçinin istədiyi bəzəyin eynisini düzəldirdik. Tutaq ki, bir foto göstərirdi internetdən, o tortun eynisini istəyirdi və hazırlayırdıq. Bizim əl işlərimizin məşhurlaşmasında ən əhəmiyyətli məqam da bu oldu, sifarişçinin nə istədiyini bilirdik, onu yola vermirdik, nazı ilə oynayırdıq.

Aradan bir neçə il keçdi, qardaşım işi ilə bağlı ailəsini götürüb Rusiyaya köçməli oldu. Bu bizim biznesimizə zərər verdi təbii ki, çünki biz komanda halında işləyirdik, hərənin öz işi vardı. Başladım fikirləşməyə, necə edim ki biznesimiz öz gücünü itirməsin? Kompyuterdən anlamıram, çap proqramını bilmirəm, mən yalnız telefonla dizayn edirəm, ideya verirəm. Qardaşım “kompyuteri öyrən, özün öz işinin sahibi ol” dedi. Məcbur öyrənməli oldum. Asanlıqla öyrəndim, kompyuter aldım, başladım işə. İndi həm ideya verirəm, həm dizayn edirəm, həm də kompyuter işlərini görürəm. Qısası, öz işimin sahibiyəm və bu gün yaşadığım kənddə dekor, tort üzəri çap işlərinin 95 fazini mən edirəm.

-Daha çox hansı cür əl işlərinə təlabat var?

-Hər mövsümün öz sifarişləri olur, məsələn məktəblərin açılmasına az qalmış məktəblilər üçün dekorların, əşyaların sifarişi bol olur, adlara özəl xətkeşlər, qələmlər hazırlayıram, Zəfər Günündə xüsusi döş nişanları düzəldirəm, yeni ildə yolka üçün şəxsə özəl bəzəklər sifarişi edirəm, tort bişirənlər üçün tort bəzəkləri hazırlayıram, ad günləri, sünnət toyları üçün dekor qururam. Foto çəkirəm, foto böyüdürəm, surətçıxarma işləri edirəm, xınayaxdı üçün dekor və stəkan hazırlayıram, şokolad buketi düzəldirəm. Yəni işim o qədər çeşidlidir ki, deyə bilmirəm ki konkret bu işi görürəm, hər gün fərqli bir sifariş alıram və edirəm. Bu mənim də xoşuma gəlir ki, yenilikçiyəm, passiv işləmirəm. Məncə mənim əl işlərimə olan təlabatın səbəbi də budur.

-Sifarişçilər daha çox kimlər olur?

-Hər yaşdan, hər kateqoriyadan olur. Böyüklərə foto xidmətləri, surətçıxarma işləri görürəm, tort ustalarından tort üçün bəzəklər sifarişi alıram, yeni doğulanların “xoş gəldin” məclislərinin dekorunu hazırlayıram, “dişçıxarma”, “qırxçıxdı” mərasimləri üçün bəzəklər düzəldirəm. Yəni hər yaş kateqoriyası üçün sifarişim olur. Sifarişçilərin çoxu qadın olur, çünki belə şeylərə qadınlar daha çox maraq göstərir. Kişilər yalnız sənəd surəti çıxartdırır, sənəd üçün foto çəkdirir.

-Həyat yoldaşın dəstək verdi işinə?

-İşə yeni başlayanda birinci onunla məsləhətləşdim, çünki onun razılığı vacibdir. Bu elə bir işdir ki, həvəs və ruh yüksəkliyi şərtdir, ideyalar elə olduqda yaranır. Ona dedim ki, kiçik kənddir, mən işsizəm, darıxıram, başımı qatmaq istəyirəm bu işlə, həm də az da olsa gəlir əldə edərəm. Həmçinin o zamanlar bu zonada belə işlər görən kimsə yox idi, bazar boş idi, fürsət idi işə başlamaq üçün. Dedi ki, alınmaz, alıcı qüvvəsi zəifdir, kimdir kiçik bir kənddə o cür sifarişlər edən, sifarişin olmayacaq. Dedim ki, eybi yoxdur, biz başlayaq, olsa nə yaxşı, olmasa da cəhd etdik deyərik. Etiraz etmədi. Mənim uğurumun səbəbi işə qardaşımla başlamağım oldu, nə işə getdim, nə kənar xərclərim oldu, evimdə oturub telefonla düzəltdim, internetlə qardaşıma göndərdim, o da hazırladı. İndi söz düşəndə həyat yoldaşım mənə “afərin” deyir, bir şeyə ehtiyacım olanda dəstək göstərir.

-Gəlirin necə, qane edirmi?

-Bu işə başlayanda gəliri düşünmədən başlamışdım. Mən ideyalarımın boğulmaması və oğluma yaddaqalan bir ad günü keçirə bilmək üçün girişdim işə əslində. Bilmirdim ki, işimizi böyüdə və buradan gəlir əldə edə biləcəyik. Amma indi şükür ki, öz xərclərimi özüm ödəyirəm, kəndlərdə olan işsizliyi, qadınlar üçün məşğuliyyət yerinin olmamasını da nəzərə alaraq işimdən iki əlli yapışıram.

-Yalnız kəndiçi sifariş qəbul edirsən?

-Əvvəl elə idi, amma indi bütün Tovuza, kənar rayonlara da xidmət göstərirəm. Hətta Rusiyada da sifarişçilərim olur, orada yaşayan azərbaycanlılar ad günlərində, sünnət və toylarda, körpə doğulanda, diş çıxaranda sifariş istyəyirlər. Orada bu biznes növü inkişaf etməyib, həm də rusların bizim kimi düşünməməkləri, fərqli fikirdə olmaqları da rol oynayır bu məsələdə. Sifarişçilərim deyir ki, onların dediyini ruslar anlamır, milli adətlərimizi bilmədikləri üçün istədiklərini hazırlaya bilmirlər. Elə vaxt olur ki 1 il əvvəldən sifariş verirlər, gedən olanda hazırlayıb göndərirəm, elə olur ki mən dizayn işini görürəm, çap işini orda həll edirlər. Bütün imkanlardan istifadə edirəm ki, sifarişçi narazı qalmasın. Onların məmnun qalmağı mənim uğurumdur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri