Icma.az
close
up
RU
“Sevincdən göylərə qalxmayacam” Deşam

“Sevincdən göylərə qalxmayacam” Deşam

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşdü.

Futbolpress.az Parisdən xəbər verir ki, mütəxəssis oyunsonrası təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı:

– Birinci hissədə gördükləriniz sizi qane edir?
– İstədiyimiz nəticəni əldə etdik. Amma xeyr, qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacam. Daha çox qol vura bilərdik.

– Tovenin qol vurması haqda nə deyərdiz?
– Bizim üçün də, onun üçün də yaxşıdır. Özü üçün geridönüşdür. Qol vurmaq keyfiyyəti var. Top ayağına gəldisə, qol vurmağa çalışacaq. Məmnunam ki, qol vura bildi.

– Kilian Mbappenin durumu necədir…
– Ayaqlarını çox sürətlə hərəkət etdirir. Topa toxunan kimi, sürətlənir. Lider və kapitandır. Vəziyyəti yaxşıdır. Kapitan olaraq rolu budur ki, komandaya rəhbərlik etsin. Ayağında problem var. Zərbəni də təəssüf ki, eyni yerdən aldı. Ağrısı çox idi.

– Bu cür matçlardan dərs çıxarmaq olar?
– Hər zaman dərs almaq lazımdır. Çünki fərdi və kollektiv olaraq bunu etmək lazımdır. Dərs çıxararkən, rəqibi də  nəzərə almaq lazımdır. Gəlmişik işimizi görməyə. Daha yaxşısını edə bilərik.

– Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?
– Elementar oyun idi. 7 qol imkanımız var idi, üçünü vurduq.

– 1995-ci ildə Azərbaycana qarşı oynamısız, 10:0 qalib gəlmişdiniz. Bir ildən sonra dünya çempionu oldunuz. Sizə elə gəlmir ki, Fransa yenidən bir ildən sonra dünya çempionu olacaq?
– İstəyimiz ora seçilməkdir. Azərbaycana qarşı uzun illər əvvəl olub. Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxtı indiki oyunçularım dünyaya gəlməmişdi. Oyunçulara vaxt vermək lazımdır, gəncdirlər.

“FutbolPress”, Paris

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Avqust 2026 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri