Icma.az
close
up
RU
Özünü ləğv edən PKK niyə və necə yaranmışdı? ARAŞDIRMA

Özünü ləğv edən PKK niyə və necə yaranmışdı? ARAŞDIRMA

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

PKK (Kürdüstan Fəhlə Partiyası) özünü buraxdığını və silahlarını təslim edəcəyini açıqlayıb. Bu qərar təşkilatın rəhbəri Abdullah Öcalanın 27 fevral 2025-ci ildə etdiyi çağırışa əsaslanır. Öcalan PKK-nın silahları yerə qoyub özünü buraxmasını istəyib və bu addımı "tarixi məsuliyyət" olaraq qiymətləndirmişdi. PKK-nın rəhbərliyi Öcalanın çağırışını qəbul etdiyini və öz tərəflərindən bu tələbləri həyata keçirəcəklərini bildirmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Öcalanın bu çağırışını "tarixi fürsət" olaraq qiymətləndirmiş və bu prosesin uğurla başa çatması üçün diqqətlə izləyəcəklərini demişdi. Beləliklə, bu addım - PKK-nın özünü buraxması 40 ildən artıq davam edən silahlı münaqişənin sona çatması və bölgədə sülhün bərqərar olması istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.

PKK niyə və necə qurulmuşdu?

PKK 1978-ci ildə Abdullah Öcalanın rəhbərliyi ilə Türkiyənin Diyarbəkir vilayətində yaradılıb. Onun yaranmasının əsas məqsədi Türkiyədə və regionda yaşayan kürdlərin sözdə hüquqlarını qorumaq, onlara siyasi, mədəni və iqtisadi muxtariyyət və ya müstəqillik qazandırmaq olsa da, məhz kürdlərin hüquqları qaçırılan uşaqlarla, məcburi silahlandırılan gənclərlə, şiddətə və zorakılığa uğrayan qadınlarla ən çox PKK tərəfindən pozulub. Həmçinin, muxtariyyət adı altında PKK olmazın cinayətlərə imza atıb, minlərlə insanın həyatını itirməsinə səbəb olub. 1980-ci illərdə dünyada və Türkiyədə solçu - marksist ideyaların populyarlaşması PKK-nın ideoloji bazasını formalaşdırdı. PKK özünü marksist-leninist hərəkat kimi təqdim edir və silahlı mübarizə ilə dəyişiklik yaratmağı hədəfləyirdi. Lakin bu mübarizə nəticədə PKK-nın terror təşkilatı kimi tanınması, lideri Öcalanın isə ömürlük həbsi ilə nəticələndi.

Fəaliyyəti və nəticələri

PKK 1984-cü ilin 15 avqustundan etibarən Türkiyə dövlətinə qarşı terror fəaliyyətinə başlayıb. Həmin gün PKK Abdullah Öcalanın əmri ilə Siirt və Hakkaridə ilk silahlı hücumunu həyata keçirib. Nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb. PKK 15 avqust tarixini "ilk güllə günü" və "diriliş günü" kimi qeyd etməyə qərar verib. PKK tərəfdarları hər il avqustun 15-də müxtəlif aksiyalar keçirirlər. Terror təşkilatı 1984-cü ildən etibarən Türkiyəyə qarşı apardığı silahlı mübarizə ilə çox sayda mülki vətəndaşa, təhlükəsizlik qüvvələrinə və dövlət infrastrukturuna qarşı hücumlar təşkil edib. Bu hücumlar nəticəsində 40 mindən çox insan həyatını itirib, yüzminlərlə insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb. PKK 1987-ci ilin 20 iyununda Mardinin Pınarcık kəndində ilk böyük terror aktını həyata keçirib. Hadisə nəticəsində 16-sı uşaq, 6-sı qadın olmaqla 30 nəfər həyatını itirib. Təşkilatın növbəti qətliamı 1993-cü ildə Bingöl əyalətində həyata keçirilib. Belə ki, əsgərləri daşıyan maşınlar PKK silahlıları tərəfindən ələ keçirildikdən sonra 36 əsgər və üç müəllim girov götürülüb. Həmin gün axşam saatlarında terrorçular tərəfindən 36 nəfər qətlə yetirilib. 2006-cı ilin 13 sentyabrında isə Diyarbəkirdə PKK-ya bağlı olduğu iddia edilən qruplar tərəfindən edilən partlayışda 7-si uşaq olmaqla, ümumilikdə 10 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.

1999-cı ildən 2022-i ilə qədər - 23 il ərzində PKK İstanbulda da zaman-zaman müxtəlif terror aktları həyata keçirib. Bu hadisələr nəticəsində yüzlərlə insan ölüb və yaralanıb. PKK-nın növbəti terror əməli 2015-ci ilin 7 sentyabrında İğdırda Dilucu Sərhəd Keçid Məntəqəsində xidmətdə olan polisləri daşıyan mikroavtobusun keçdiyi yola döşənən uzaqdan idarə edilən minanın partlaması nəticəsində olub. Nəticədə 13 polis əməkdaşı ölüb, 1-i isə yaralanıb. 2016-cı ilin 26 avqustunda isə Şırnak vilayətinin Cizrə rayonunda PKK üzvü Mustafa Aslan partlayıcı qurğu yerləşdirilmiş avtomobili ilə polis idarəsinə terror hücumu həyata keçirib. Hücum nəticəsində 12-si polis ölüb, 3-ü mülki olmaqla 78 nəfər yaralanıb. Bu hücumlar təşkilatın törətdiyi cinayətlərin miqyasını göstərir. Lakin PKK-nın cinayətləri yalnız bununla kifayətlənməyib, mülki və ictimai infrastruktura da çoxsaylı hücumlar həyata keçirilib. Məktəblərə, xəstəxanalara və yolların inşasına qarşı hücumlar təşkil olunub. Həmçinin, PKK tərəfindən uşaqların oğurlanıb dağlara aparılması, zorla silahlandırılması və təlim verilməsi ilə bağlı da kifayət qədər faktlar mövcuddur.

Terror təşkilatı kimi tanınması

Türkiyə, ABŞ, Avstraliya, Kanada, Suriya, İraq, İran, İsveç, Yeni Zelandiya, Qazaxıstan, Qırğızıstan, Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb və fəaliyyətini qadağan edib.

PKK-nın ləğvi nə vəd edir?

PKK-nın ləğvi həm Türkiyə, həm region, həm də beynəlxalq ictimaiyyət üçün mühüm nəticələr və potensial dəyişikliklər vəd edir. Bu, sadəcə silahların susması deyil, eyni zamanda yeni siyasi və sosial mərhələnin başlanğıcı deməkdir. Türkiyənin şərqində 40 ildən artıq davam edən silahlı münaqişə sona çata, mülki əhali daha təhlükəsiz şəraitdə yaşaya, silahlı qarşıdurmaların dayanması ilə ordu və təhlükəsizlik qüvvələrinin itkiləri azala bilər. Bununla yanaşı, ölkənin şərqində investisiyaların artması ehtimalı var, çünki təhlükəsizlik riski azalacaq. Turizm, kənd təsərrüfatı və infrastruktur sektorlarında da inkişaf və məşğulluq imkanları genişlənə, regionun daha inteqrasiya olmuş iqtisadi aktor kimi rolu güclənə bilər.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri