Icma.az
close
up
RU
Özünü müdafiə edə bilmir: Azərbaycana yol göstərir

Özünü müdafiə edə bilmir: Azərbaycana yol göstərir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kanadanın xarici işlər naziri Melani Coli hazırda məhkəməsi gedən erməniləri dərhal azad etməyə və erməniləri Qarabağa təhlükəsiz qaytarmağa çağırıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, Coli terrorçuları “hərbi əsir” adlandırıb. 

O, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət, həmçinin “Qarabağ naminə” ATƏT-in Minsk Qrupu, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində regionda ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş həll yolunun tapılmasının zəruriliyini vurğulayıb. Əvvəllər də ermənipərəst mövqeyi ilə seçilən Melani Colinin yenidən Azərbaycan xalqına qarşı soyqırım törətmiş terrorçuların müdafiəsinə qalxması təsadüf deyil. 

Melani Coli həmişə Azərbaycan xalqına qarşı düşmən münasibəti ilə seçilsə də, bu dəfə onu bəyanatı ermənilərə rəğbətindən daha çox şəxsi siyasi maraqları ilə bağlıdır. Martın 9-da Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Hakim Liberal Partiyasından Baş nazir postuna iddialılar arasında Melani Coli də var. Ona görə də xanım Coli erməni diasporunun və lobbisinin dəstəyini qazanmaq üçün bütün hüquqi və siyasi-əxlaqi normaları aşaraq canfəşanlıq edir.
Əgər Melani Coli seçkilərdə qalib gəlsə, Kanadanın ermənilərin himayəçisi kimi tanınan sabiq baş naziri Castin Tryudonu əvəz edəcək. Beləliklə, Kanada hökumətinin başına növbəti ermənipərəst baş nazir gələ bilər. Maraqlıdır, Coli Azərbaycan ərazisində erməni separatizmini dirçəltməyə çalışan Melani Coli bu presedentin Kanadada tətbiqinə razı olarmı? Məsələn, Kanada hökuməti Kvebek əyalətinin müstəqil olmaq cəhdinə mane olur. Halbuki, Helsinki Yekun Aktının prinsipləri Kvebek fransızlarına da öz müqəddaratını təyin etmək, yəni Kanadadan ayrılıb müstəqil dövlət hüququ verir. Xanım Coli isə özlərinə rəva bilmədiyini başqasına əmr edir. 

Melani Colinin təmsil olunduğu hökumət Prezident Trampın Kanadanı ABŞ-yə birləşdirmək təklifini qəbul etmir. Rəsmi Ottava bunu Kanadanın ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndirir. Ancaq M.Coli erməniləri kütləvi şəkildə Qarabağa qaytarmağın və məhkəməsi davam edən şəxsləri həbsdən azad etməyin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd olduğunu nəzərə almır. 

Kanadanın xarici işlər naziri ədalətin bərpasını təmin etmək istəyirsə, o zaman ermənilərin də Qərbi Azərbaycandan qovduğu 300 min nəfərin öz tarixi torpaqlarına qaytarılmasını təklif etməlidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri