Özünü panik atak kimi göstərir, amma...
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son dövrlərdə adı tez-tez hallanan qaçış sindromu, hələ də səbəbi tam müəyyən edilməmiş müəmmalı sağlamlıq problemidir. Dünyada və Azərbaycanda olduqca nadir hallarda müşahidə olunan bu sindrom, həyat keyfiyyətini ciddi şəkildə aşağı salır və vaxtında müdaxilə olunmadıqda ölümə səbəb ola bilər.
Pravda.az bu sindromla bağlı mühüm məlumatları təqdim edir:
Qaçış sindromu nədir?
Qaçış sindromu kapilyar damarlar daxilində olan maye və elementlərin naməlum səbəbdən damar xaricinə sızması vəziyyətidir. Qan təzyiqinin enməsi və hücumlarla müşayiət olunan bu xəstəlik, qanın qatılaşması ilə bərabər zülal, su və mineralların damar divarlarından çıxması kimi izah olunur. Bəzən halsızlıq və yorğunluq kimi sadə əlamətlərlə özünü göstərən sindrom, bəzi hallarda şok və ciddi krizlərlə də inkişaf edə bilir.
Qaçış sindromu niyə yaranır?
Bu xəstəliyin dəqiq səbəbi hələ müəyyən edilməyib. Lakin bəzi vəziyyətlərin ona təkan verdiyi düşünülür. Əsas səbəblərdən biri kimi sümüklərin ciddi zədələnməsi göstərilir. Çünki zədələnmiş toxumaların kapilyar damarlara keçərək tıxanması, hər nə qədər az ehtimal olunsa da, qaçış sindromunda baş verə bilir.
Bu sindrom çox sürətli inkişaf edən bir vəziyyətdir. Hadisənin gedişatı kapilyar damarlarda sürətlə baş verir. Xəstədə qəfil təzyiqin düşməsi və şok müşahidə olunur. Bu mərhələdə müdaxilə edilməzsə, ağır və geridönməz nəticələr ortaya çıxa bilər. Çünki damar xaricinə çıxan maye ağciyər, ürək kimi həyati orqanlara yayılır. Həmçinin qanda albümin səviyyəsinin düşməsi qan axıcılığını azaldır, qatılaşmanı artırır.
Qaçış sindromunun yaranmasına səbəb olan amillər
Kimyaterapiya
Endokrin xəstəliklər
Böyrək çatışmazlığı
Qaçış sindromunun əlamətləri nələrdir?
Qaçış sindromu əlamətləri çox vaxt panik atak simptomlarına bənzəyir. Təqlidçi bir xəstəlik olduğu üçün diaqnozu çətin qoyulur. Ən geniş yayılmış əlamətlər bunlardır:
Damarlarda sıxışan mayenin yaratdığı təzyiq səbəbilə güclü əzələ ağrıları
Tıxanmış damarlar səbəbilə beynə getməyən sinir hüceyrələrinin yaratdığı yorğunluq
Qarın ağrısı
Baş gicəllənməsi
Ürəkbulanma, qusma
Bədəndə şişkinlik
Bədən çəkisində artım
Qarın boşluğunda maye yığılması (asit)
Şok vəziyyəti
İnfeksiyalar qaçış sindromuna səbəb ola bilərmi?
Qaçış sindromuna dair aparılan tədqiqatlar xəstəliyin səbəbini dəqiq ortaya çıxarmayıb. Ancaq bəzi faktorların bu sindroma zəmin yaratdığı məlum olub. Hematoloji xəstəliklərdə istifadə olunan dərmanlar, limfoma və hemofaqositik sindrom kimi sağlamlıq problemləri, eləcə də bəzi infeksion xəstəliklər qaçış sindromuna səbəb ola bilər.
Qaçış sindromu necə diaqnoz edilir?
Diaqnozu çətin olan qaçış sindromu, xəstənin ümumi hekayəsi və klinik əlamətləri əsasında təyin olunur. Müayinələrdə aşağıdakı göstəricilərə diqqət yetirilir:
Qatlaşmış qan
Aşağı təzyiq
Qanda albümin səviyyəsinin azalması
Sistolik qan təzyiqinin 90 mmHg-dən aşağı olması
Bədəndə ödəmlərin olması
Bu göstəricilərin təhlili nəticəsində uyğunluq varsa, qaçış sindromu diaqnozu qoyula bilər.
Qaçış sindromu necə müalicə olunur?
Hazırda qaçış sindromunu tam müalicə edən bir metod yoxdur. Tətbiq olunan müalicələr daha çox xəstəliyin yaratdığı problemləri aradan qaldırmağa yönəlib. Əsas məqsəd hücumları nəzarət altında saxlamaqdır. Bu məqsədlə astma, bronxit və qrip üçün istifadə olunan dərmanlara üstünlük verilir. Eləcə də təzyiqi tənzimləyən preparatlar istifadə olunur. Xəstələrin daima təzyiqini ölçməsi tövsiyə olunur. Digər mühüm addım isə allergiya testidir. Bu test xəstənin hansı faktorlara həssas olduğunu müəyyənləşdirərək, mümkün hücumların qarşısını almağa kömək edir.
Əminə Bayramova


