Icma.az
close
up
RU
Futzalımız da futbolumuzun iziylə gedir... YAZI

Futzalımız da futbolumuzun iziylə gedir... YAZI

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Zaur Axundovu yaxşı tanıyırsız. Bir vaxtlar “Keşlə”nin rəhbəri idi. Sonra komandanı onun əlindən alıb, əyalətə göndərdilər. Adını da qoydular “Şamaxı”.

Həmin vaxt Axundov demişdi ki, futboldan yorulub, bu sahədən uzaqlaşır. Amma dediyi kimi olmadı. Ötən ilin iyulunda Zaur bəy Naxçıvan Futbol Federasiyasının sədri seçildi. Yaxşı bilirik ki, “Araz Naxçıvan” da onun nəzarətindədi. Düzdü, sənəd üzərində qardaşının adını yazdırıb. Heç özü də bunu gizlətmək fikrində deyil. Mövsümün əvvəlində demişdi ki, Elmar Baxşıyevə vaxt qoyub, həmin müddət ərzində baş məşqçinin nəticələrini bəyənməsə, onu qovacaq. Hədə-qorxu işə yaradı. “Araz Naxçıvan” mövsüm başlayandan hamını təəccübləndirməyi bacardı. Avrokuboklara vəsiqə, demək olar ki, təmin edilib.
Zaur bəyin fəaliyyəti təkcə Naxçıvan və onun adını daşıyan komanda ilə məhdudlaşmır. Zaur Axundov düz 17 ildi Futzal Federasiyasının prezidentidi. Vaxtilə Braziliyadan “vaqon-vaqon” futzalçı və məşqçi gətirirdi. Uğurlar bir-birinin ardınca gəlirdi. Biz də həmin yalançı uğurlardan feyziyab olmuşduq. Elə düşünürdük ki, həmişə belə olacaq, Azərbaycan futzalı həmişə Avropada və dünyada adından söz etdirəcək, böyük turnirlərə qatılmağın həyəcanını yaşayacağıq. İş o yerə çatmışdı ki, Zaur bəy onu kütləvi “milliləşdirməyə” görə qınayanlara kobud cavablar verirdi. Deyirdi ki, lazım gəlsə, lap Həbəşistandan da futzalçı gətirib, Azərbaycan millisinin formasını geydirəcək. Təki Azərbaycanın üçrəngli bayrağını yüksəltsin.
Biz deyirdik ki, belə yalançı uğurlarla, kütləvi “milliləşdirmə” ilə başımızı aldadıb, milyonları havaya sovurmayın. O pulları təmələ xərcləyin, qoy öz gənclərimiz yetişsin. Dinləyən olmadı. Çünki Zaur bəyin də daxil olduğu məlum qruplaşma müvəqqəti uğurun dalınca qaçır, böyük futbolda olduğu kimi yanlış yolda yürüyüb, xalqı aldatmaqla məşğul olurdu. Pul qurtardı, uğur da qurtardı. UEFA və FİFA da “milliləşdirmə” ilə bağlı qaydaları sərtləşdirdi. Azərbaycan futzalı da birdən-birə göyün yeddinci qatından yerə endi, hətta dərin bir çuxura düşdü. 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə oyunları bizim üçün əməlli-başlı fiaskoya çevrildi. Xorvatiya, Yunanıstan və İsveçin yer aldığı qrupda qələbəyə həsrət qaldıq.
Mən futzalçılarımızı qınaya bilmərəm. Onların bacardığı budu. İllərlə başımızı braziliyalılarla qatmayıb, onların inkişafı ilə məşğul olsaydıq, indi bu acınacaqlı mənzərəyə üzülməzdik. Yəqin ki, Zaur Axundov da bu nəticələrə baxıb utanır. Hə, bu müqayisəni heç xoşlamasaq da, deməliyik ki, ermənilər futzalda da bizi ötüb keçdi. İllərlə, heç olmasa, bu sahədə onları qabaqlamağımızla öyünürdük. Artıq bu da yoxdu. Ermənilər Qazaıxtan, Danimarka və Albaniyanın yer aldığı qrupda heç məğlubiyyət üzü görmədilər, 16 xalla qrup lideri oldular. Adam baxır, köks ötürür. Halbuki vaxtilə adımız Avropa futzalında Portuqaliya, İspaniya kimi ölkələrlə yanaşı çəkilirdi, Qazaxıstan bizimlə rəqabət apara bilmək arzusuyla alışıb-yanırdı. Ermənilərin bizə çatması isə şirin bir xəyal idi. Bəli, xəyal idi, gerçək oldu. Ermənilər bizə nəinki çatıb, hətta ötüb keçiblər də.
Ümid edirəm ki, 17 ildi Futzal Federasiyasının prezidenti postunu tutan Zaur Axundov da nələrinsə dəyişməli olduğunu anlayacaq. Elə dəyişikliyə özünün əyləşdiyi kürsüdən başlayacaq. Artıq futzalımız da futbolumuz kimi uçuruma gedir, bundan o yanası yoxdu.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri