Icma.az
close
up
RU
Özünüzə zaman ayırın, istəklərinizi... Samirə Bağırovadan AÇIQLAMA

Özünüzə zaman ayırın, istəklərinizi... Samirə Bağırovadan AÇIQLAMA

News24 saytına istinadən Icma.az xəbər verir.

Bir araşdırmaya görə, DEHB (nevroloji inkişaf pozğunluğu), autizm, depresiya və şizofreniya kimi xəstəliklərin riskini artıran genetik faktorlar bəzi karyera yollarına təsir edə bilər. Xüsusilə, sənət və dizayn sahəsində işləyənlərin anoreksiya, bipolar pozuntu və depressiya kimi psixi problemlərə meyilli olduğu, kompüter sahəsində çalışanların isə otizm riskinin yüksək, amma DEHB və depresiya riskinin aşağı olduğu müşahidə edilib. 

Bəs, həqiqətən də işimiz psixologiyamıza təsir edirmi, psixoloji pozuntulara gətirib çıxardırmı?

Məsələ ilə bağlı News24.az-a danışan tanınmış psixoloq Samirə Bağırova deyib ki, psixoloji xəstəliklərin bəziləri ağır doğuşdan yaranır, bəziləri genetik faktorlardan qaynaqlanır, bəziləri də sonradan yaranır.

Samirə Bağırova

O qeyd edib ki, şizofreniya əsasən genetik faktor daşıyan psixiatrik xəstəlikdir. 

"DEHB ümumi nevroloji inkişaf pozğunluğudur və uşaqlıqda başlayır, bəzən yeniyetməliyə qədər davam edə bilir. Bipolyar pozuntu tez- tez emosiyaların dəyişməsidir. Autizmdə isə diaqnoz adətən uşaq 18 aylığında olarkən qoyulur və bu vəziyyətin dəqiq səbəbi hələ də müəyyən edilməyib. Depressiya genetik faktorlardan da qaynaqlana bilər, sonradan qazanılmış da ola bilir. Xoş olmayan, bədbin duyğularda ilişib qalmaqdır ki, zaman içərisində hamı ən az bir dəfə də olsa depresiya yaşayır. Anoreksiya isə psixi pozuntu olaraq iştahsızlıqla və şəxsin özü ilə bağlı yüksək kompleksləri ilə müşahidə olunan  psixi xəstəlikdir" , - deyə, o əlavə edib. 

Psixoloqun sözlərinə görə, sadalananların çoxu genetik psixi xəstəliklər olduğundan, uşaqlıqdan məlum olur ki, gələcəkdə həmin şəxslərin karyera qurması çətin olacaq.

"Bu genetik xəstəliklərə sahib olan insanlar həkim nəzarətində saxlanılaraq, 2-ci dərəcəli vəzifələrdə (köməkçi, müavin, əvəzedici) çalışa bilirlər. Amma yenə qeyd edirəm ki, həmin şəxslər psixiatr, həkim müayinəsindən vaxtlı-vaxtında keçərək, tapşırıqları yerinə yetirdiyi təqdirdə işləyə bilərlər.  

Ümumiyyətlə, iş məsələsinə gəldikdə isə əgər gün və iş qrafiki düzgün planlanmasa, istirahət, özünə ayrılacaq zaman, özünü mükafatlandırma, fərqli hobbi və maraq dairələri olmadığı halda, istənilən sağlam insan psixoloji pozuntular yaşaya bilər. Eləcə də müasir dünyanın inkişaf etmiş texnologiya mərhələsindəyiksə, aydın məsələdir ki, şüalanmalar, radiasiyaların da təsirləri vardır. Eyni zamanda, çirkli ekologiya, keyfiyyətsiz ucuz geyimlər, dərmanlı qidalar, süni yaradılan xəstəliklər, genetik xəstəlikləri tətikləmiş olur", - deyə o, fikirlərini yekunlaşdırıb.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri