YAP Daşkəsən rayon təşkilatı üzrə ərazi partiya təşkilatında yığıncaq keçirildi
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
23 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında yığıncaq keçirildi.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev iştirak etdi.
Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Meydanəli Yolçiyev çıxışında Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yürütdüyü çox uğurlu daxili və xarici siyasətdən, beş il öncə 44 günlük vətən müharibəsində əldə olunan qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasından və Konstitusiyamızın 30 illik yolu haqqında geniş söhbət açdı.
Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Vüsal Rzayev və başqaları bildirdilər ki, Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdır. Güclü Lider sayəsində ölkəmiz dünyada böyük nüfuza və regionda əsas söz sahibinə çevrilmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Oktyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















