Pakistan Baş naziri Azərbaycan Prezidentini təbrik etdi
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Pakistan Baş naziri Şahbaz Şərif Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqı təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Zəfər Gününün altıncı ildönümü münasibətilə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycanın cəsur, qardaş xalqını ən səmimi duyğularımla təbrik edirəm. 8 Noyabr Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutu kimi yaddaşlarda qalır. Azərbaycan xalqı təxminən üç onillikdən sonra öz ərazi bütövlüyünü bərpa edib. Bu qələbəni mümkün edən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik.
Pakistan həmin dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və hər zaman Azərbaycanın yanında olacaq. Ötən il Bakıda keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə birlikdə iştirak etmək mənim üçün böyük şərəf idi. Həmin mərasim xalqlarımız arasındakı sarsılmaz qardaşlıq bağlarını bir daha nümayiş etdirdi.
Arzu edirəm ki, Azərbaycan bundan sonra da güclənərək inkişaf etsin, Cənubi Qafqaz isə davamlı sülhə və ümumi rifaha doğru irəliləsin.
Zəfər Gününüz mübarək”, - Pakistan Baş naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 08 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















