Pakistan: Biz hərtərəfli müharibədən qaçmağa çalışırıq
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanın son hücumunu iki ölkə arasında gərginliyi artırmağa dəvət kimi qiymətləndirərək, ölkəsinin “hərtərəfli müharibədən” qaçmağa çalışdığını bildirib.
Turkustan.az xəbər verir ki, CNN-ə danışan Asif bildirib ki, Hindistanın dünənki raket zərbələri “açıq-aşkar pozuntu” və iki ölkə arasında gərginliyi artırmağa dəvətdir.
Pakistan ordusunun "tam miqyaslı müharibə"yə hazır olduğunu, lakin belə bir müharibədən qaçmağa çalışdığını qeyd edən Asif: "Biz hərtərəfli müharibəyə hazırıq. Buna heç bir şübhə yoxdur. Hindistan bu münaqişənin intensivliyini və risklərini artırır, buna hazırlıqsız qala bilmərik"-deyə, bildirib.
Pakistan ordusu tərəfindən vurulduğu bildirilən Hindistan təyyarələrinə toxunan Asif: "Hindistan artıq üç təyyarənin vurulduğunu etiraf edib. Bu təyyarələr yaxın hava döyüşlərində vurulub. Raketlər bizim təyyarələr tərəfindən atılıb və onlar vurulub. Bu, çox sadədir" deyib.
Digər tərəfdən, Asifin vurulan təyyarələrlə bağlı verdiyi açıqlamanın əksinə olaraq, Hindistan rəsmiləri hər hansı bir təyyarənin vurulduğuna dair açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 May 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















