Pakistan İranı Husilərə təsir göstərməyə çağırdı
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistan hakimiyyəti İrandan Yəmənin Ənsar Allah (Husilər) üsyançı hərəkatına Qırmızı dənizdə üzən gəmilərə hücum etmələrinin qarşısını almaq üçün təsir göstərməyə çağırıb.
Bu barədə "Əl-Hədəs" televiziyası məlumat yayıb.
Məlumata görə, bu yaxınlara qədər ABŞ və İslam Respublikası arasında danışıqlarda vasitəçi kimi çıxış edən Pakistan Tehrana Husilərə Qırmızı dənizdəki hücumlarını dayandırmaq üçün təzyiq göstərməyin vacibliyi barədə məlumat verib.
Eyni mənbələrin qeyd etdiyi kimi, İslamabad Tehranın nümayəndələrinə Bab əl-Məndəb boğazının mümkün bağlanmasının bölgədəki mövcud vəziyyəti daha da çətinləşdirəcəyini bildirib.
Bir müddət əvvəl Ənsar Allah Bab əl-Məndəb boğazının tamamilə bağlanması ilə bağlı xəbərləri təkzib etmişdi . Husi sözçüsü məhdudiyyətlərin yalnız Səudiyyə Ərəbistanı gəmilərinə şamil edildiyini iddia etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 24 İyul 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















