Pakistan Ordusu altı terrorçunu məhv etdi
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Bannu dairəsində keçirdiyi antiterror əməliyyatı zamanı ən azı altı silahlını zərərsizləşdirib, daha dörd nəfər isə yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə "Geo TV" telekanalı Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Müştərək Komandanlığına istinadla məlumat yayıb.
Məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə keçirilən xüsusi əməliyyat zamanı “Fitna əl-Xəvaric” adlı, ölkədə qadağan olunmuş silahlı qruplaşmanın üzvləri hədəfə alınıb.
Toqquşma nəticəsində altı terrorçu məhv edilib, dördü isə yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə təhlükəsizlik qüvvələri tərəfindən axtarışlar davam etdirilir.
Ordu heyəti arasında itki yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Aprel 2025 07:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















