Pakistan səfirliyinin nümayəndəsi “Xalq qəzeti”ndə olub
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mətbuat və Mədəniyyət İşləri üzrə Konsulu xanım Syeda Addila Rubbab Kazmi “Xalq qəzeti”ndə olub.
Qonağı salamlayan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Azərbaycan ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. O, iki ölkə arasındakı əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərləri arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimad və şəxsi münasibətlərin mühüm rol oynadığını qeyd edib.
Əflatun Amaşov Azərbaycan-Pakistan münasibətlərinin daha da möhkəmləndirilməsində media və mətbuat əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, iki ölkənin media qurumları arasında əməkdaşlığın genişləndirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Syeda Addila Rubbab Kazmi də Azərbaycan-Pakistan əlaqələrinin inkişafında mətbuatın mühüm rol oynadığını vurğulayıb. O, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha geniş auditoriyaya çatdırılmasında media əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını bildirib.
Konsul Azərbaycanda fəaliyyəti dövründə yerli kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib.
Görüş zamanı Azərbaycan-Pakistan münasibətləri, media sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XQ
Baxış sayı:98
Bu xəbər 18 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















