Icma.az
close
up
RU
Pakistan sülh danışıqlarının uğursuzluğu fonunda Talibanı “məhv etməklə” hədələyir

Pakistan sülh danışıqlarının uğursuzluğu fonunda Talibanı “məhv etməklə” hədələyir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Pakistanın müdafiə naziri çərşənbə günü qonşu Əfqanıstanda hakim Talibanı “məhv etməklə” hədələyib. Bu, Cənubi Asiya ölkələri arasında davamlı sülh danışıqlarının uğursuzluğundan sonra İslamabadın ritorikasının kəskin şəkildə dəyişməsi deməkdir.

AZƏRTAC xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Asif çərşənbə günü səhər İstanbulda atəşkəs danışıqlarının “məqbul bir həll yolu” olmadan başa çatdığını və bu ay baş verən ölümcül toqquşmalardan sonra regionda sülhə zərbə vurduğunu bildirib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, danışıqlar yaraqlıların Əfqanıstanı sərhəd boyunca ölkənin təhlükəsizlik qüvvələrinə hücumlar üçün baza kimi istifadə etməsi iddiası ilə bağlı fikir ayrılığı ilə başa çatıb.

Müdafiə naziri Xavaca Asif “X” sosial platformasında paylaşım edərək bildirib: “Pakistanın Taliban rejimini tamamilə məhv etmək və onu yenidən mağaralarına sığınmaq üçün qovmaq məqsədilə tam arsenalının bir hissəsini belə yerləşdirməsinə ehtiyac yoxdur".

Bu ay Əfqanıstan və Pakistan sərhədində Taliban 2021-ci ildə Kabildə hakimiyyəti ələ keçirdikdən bəri ən amansız zorakılıq aktları nəticəsində onlarla insan həlak olub.

İki ölkə oktyabrın 19-da Dohada Qətərin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər. Amma Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqların ikinci raundu zamanı onlar ortaq məxrəcə gələ bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri