Pakistan XİN: “Taliban”ın təxribatına cavab verməyə məcbur qaldıq
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Pakistanın Əfqanıstan ərazisindəki terrorçu qruplaşmalara qarşı həyata keçirdiyi cavab zərbələri müdafiə xarakteri daşıyır və dinc sakinlərə qarşı yönəlməyib".
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" hesabında paylaşım edib.
“Bizim müdafiə tədbirlərimiz Əfqanıstanın dinc vətəndaşlarına qarşı deyil. ‘Taliban’ qüvvələrindən fərqli olaraq, biz dinc sakinlərin həyatını itirməməsi üçün ən yüksək ehtiyatla hərəkət edirik.”
Darın sözlərinə görə, Pakistanın cavabı Əfqanıstan hakimiyyəti tərəfindən edilən “ciddi təxribat”a qarşı yönəlib və əsas məqsəd “Taliban”ın infrastrukturlarını hədəfə almaq, eləcə də Əfqanıstan ərazisində fəaliyyət göstərən “Fitna əl-Xavaric” (əvvəllər Pakistan Taliban Hərəkatı kimi tanınırdı) və “Fitna əl-Hindustan” kimi terrorçu elementləri zərərsizləşdirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 12 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















