Pakistanda avtomobil yollarına təklif edilən investisiyalar müzakirə olunub AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
İslamabad, 30 noyabr, Hilal Əhməd, AZƏRTAC
Azərbaycan Pakistanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin özəlləşdirmə və kommunikasiyalar üzrə federal naziri Əbdül Alim Xanla görüşərkən söyləyib.
Görüş çərçivəsində tərəflər Pakistan ilə Azərbaycan arasında ticarət tərəfdaşlığının təşviqi barədə razılığa gəliblər.
Nazir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etdiyini və Azərbaycan Respublikasının Bakıda qlobal platformada ölkənin potensialını nümayiş etdirdiyini bildirib. O, Pakistanın COP29-da güclü təmsilçiliyini yüksək qiymətləndirib.
Daha sonra azərbaycanlı diplomat və pakistanlı nazir Kəraçi-Sukkur və Sukkur-Heydərabad M6 və M9 avtomobil yollarına təklif olunan investisiyaları müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















