Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanı təcavüzkarlara satan qadın saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tribune.com məlumat verib.
Bir neçə gün əvvəl polis təcavüzdə şübhəli bilinən üç nəfəri saxlayaraq, cinayət zamanı istifadə edilən avtomobillərini müsadirə etmişdi. Zərərçəkmişin Lahora işlə bağlı gəldiyi bildirilir.
Saxlanılan Maskan adlı qadının vəkili iddia edir ki, onun insidentlə heç bir əlaqəsi yoxdur və sadəcə Diana Bağıyeva ilə dostluq edib. Eyni zamanda Maskan hakimin təklif etdiyi tibbi müayinədən keçməkdən də imtina edib.
Zərərçəkmişin ifadəsinə görə, o, axşam Maskanla kafedə görüşüb. Maskan daha sonra ona rəfiqəsi Nimranın onu evinə dəvət etdiyini deyib. İki qadın birlikdə Nimranın Bahriya şəhərindəki evinə gediblər. Ora gecə saat 2 radələrində iki kişi, ardınca daha iki kişi gəlib. Daha sonra Maskan və Nimra başqa bir otağa keçiblər, azərbaycanlı qadını isə kişilər otağa qapadıblar və gecə gec saatlara qədər təcavüz ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 01 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















