Pakistanda 20 yaşlı azərbaycanlı qızın başına iş gəlib
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qızın 3 nəfər tərəfindən zorlandığı iddia edilir.
“Qafqazinfo” “The News Pakistan” nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də baş verib.
Məlumata görə, iş məqsədilə Pakistanda olan Bakı sakini bu haqda polisə şikayət edib. O, tanımadığı iki qadın tərəfindən yerli restoranlardan birinə nahara dəvət edildiyini, daha sonra isə onlara üç kişinin qoşulduğunu bildirib. Qadının sözlərinə görə, şübhəli şəxslər onu nahara aparan qadınların dostları olub və restorana çatanda onları artıq orada gözləyirmişlər.
Xanım iddia edib ki, gedərkən kişilər onu və digər iki qadını öz maşınları ilə aparmağı təklif ediblər, lakin əvəzində onu naməlum bir mənzilə aparıblar. İddiasına əsasən, burada ona narkotik maddə verilib, daha sonra isə bir neçə saat ərzində ona qarşı zorakılıq hərəkətləri olub. Hadisədən sonra qadın Lahorun Qazi ərazisindəki avtomobil qovşağında tərk edilib. O, hadisəni törədən şəxslərin onun mobil telefonunu və digər qiymətli əşyalarını götürdüklərini deyib.
Polis üç şübhəli şəxsə qarşı cinayət işi açıb və onları Müvəqqəti Milli İdentifikasiya Siyahısına daxil edib. Bu siyahıya daxil edilmə şəxslərin ölkəni tərk etməsinin qarşısını almaq üçün 30 günlük səyahət məhdudiyyətini nəzərdə tutur.
Artıq həmin şəxslərdən birinin saxlanıldığı bildirilir.
“Biz əsas ittiham olunan şəxs olan Mohsini həbs etmişik. Tibbi hesabata əsasən cinsi əməlin törədildiyi müəyyən edilib. Pəncab Məhkəmə Ekspertizası Agentliyinin hesabatını aldıqdan sonra qrup halında zorlama faktı müəyyən edilə bilər”, - polis araşdırması üzrə baş müfəttişin müavini Seyid Zişan Raza “Arab News” nəşrinə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 28 Sentyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















