Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistan hakimiyyəti müxalifətin etirazları fonunda fövqəladə vəziyyətin tətbiq edildiyi şimal-qərbdəki Xayber-Paxtunxva vilayətinə silahlı qüvvələrin bölmələrini göndərmək qərarına gəlib.
Bu barədə "Dunya News" telekanalı məlumat yayıb və müvafiq sərəncamın ölkənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verildiyini açıqlayıb.
Sənədə əsasən, hərbçilər ictimai asayişin təmin edilməsində, əhalinin, eləcə də dövlət və ictimai obyektlərin qorunmasında yerli hakimiyyət orqanlarına kömək göstərmək üçün Pakistan Konstitusiyasının 245-ci maddəsi əsasında cəlb olunacaq.
Ordu bölmələri oktyabrın 11-də tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olduğu bütün dövr ərzində əyalətdə qalacaq.
Göndəriləcək hərbi qulluqçuların sayını Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə razılaşdırmaqla əyalətin qubernatoru müəyyən edəcək.
Daha əvvəl müxalif "Ədalət Uğrunda Hərəkat" partiyasının hakimiyyətdə olduğu Xayber-Paxtunxvada keçmiş baş nazir İmran Xanın azad edilməsi tələbi ilə etirazlar başlayıb.
Baxış sayı:240
Bu xəbər 11 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















