Pakistanda İmran Xanın tərəfdarları İslamabada yürüşə başlayıb
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pakistanın əsas müxalifət partiyası olan “Ədalət uğrunda Hərəkat”ın (PTI) tərəfdarları keçmiş baş nazir İmran Xanın azad edilməsini tələb edərək paytaxt İslamabada etiraz yürüşünə başlayıb.
Bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Məlumata görə, Xeybər-Paxtunxva əyalətinin baş naziri Sohail Afridi Lakki-Marvat rayonundan yürüşün başladığını elan edib. O, bir neçə min iştirakçı qarşısında çıxış edərək hökuməti PTI nümayəndələri ilə aparılan danışıqları pozmaqda ittiham edib.
Afridi həbsdə olan İmran Xanın tərəfdarlarını onun siyasi xəttini müdafiə etməyə çağırıb. O bildirib ki, mərkəzi hakimiyyət Xeybər-Paxtunxvada öz siyasətini həyata keçirməyə çalışıb, lakin əyalətdə İmran Xanın siyasi baxışlarının və siyasətinin həyata keçiriləcəyini bəyan edib.
"Dawn"un məlumatına görə, yürüşün Lakki-Marvatdan başlayacağı və daha sonra digər bölgələrdən gələn tərəfdarların da karvana qoşulacağı planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Oktyabr 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















