Icma.az
close
up
RU

Pakistanda küçələr döyüş meydanıdır: Paytaxtda nümayişçilər heç bir qadağanı tanımadı

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistanda həbsdə olan keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında baş verən qarşıdurmada həyatını itirənlərin sayı 14-ə çatıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, minlərlə insan polis barrikadalarına və gözyaşardıcı qaza meydan oxuyaraq şəhərə daxil olduqdan sonra, paytaxt küçələri xaotik vəziyyət alıb.

Pakistanın Baş naziri Şahbaz Şərifin verdiyi açıqlamada hadisələr pislənərək, “Bu, dinc etiraz deyil. “Bu, sadəcə olaraq ekstremizmdir” deyilib.

Xanın sərbəst buraxılmasını tələb edən etirazçıların qadağaya baxmayaraq paytaxt İslamabadda küçələrə çıxmasından sonra, polislə toqquşmalarda həyatını itirənlərin sayı 6-sı təhlükəsizlik qüvvələri olmaqla 14 nəfərə yüksəlib.

Şiddətli toqquşmalar Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) yüksək vəzifəli şəxslərinin və tərəfdarlarının küçələrdən geri çəkilməsi ilə başa çatıb.

Etirazlarda yüzlərlə insanın saxlanıldığı bildirilir.

Qeyd edək ki, 2022-ci ilin aprel ayına qədər Pakistanın baş naziri olmuş İmran Xan korrupsiya işi üzrə həbs qərarı verildikdən sonra 2023-cü il avqustun 5-də həbsxanaya göndərilib.

Dəyəri 140 milyon rupidən çox olan dövlət hədiyyələrini satdığı üçün 3 il həbs cəzası alan Hanın cəzası avqustun 29-da təxirə salınıb və onun zaminə buraxılmasına qərar verilib.

Lakin başqa bir iş üzrə “dövlət sirrini yaymaqda” ittiham olunan Xanın həbs müddəti prokurorluğun tələbi ilə uzadılıb və Xan yanvarda keçirilən iclasda “dövlət sirrini yaymaq” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. . Keçən iyunun 3-də İslamabad Ali Məhkəməsi Xana dövlət sirrini açıqlamaq ittihamı ilə həbs cəzası verdiyi iş üzrə bəraət qazandırıb.

Bir ildən artıqdır ki, həbsdə olan Xana qarşı 150-dən çox cinayət işi var.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri