Paytaxtda kafe YANDI
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.
Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Bizim.Media
Baxış sayı:156
Bu xəbər 16 Noyabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















