Pakistanın Baş naziri Azərbaycana səfər edəcək KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Pakistan tərəfi Cənubi Qafqaz regionunda atacağı hər bir addımı və həyata keçirəcəyi layihələri mütləq şəkildə Azərbaycanla müzakirə edir.
KONKRET.az bildirir ki, bunu Teleqraf-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.
“Qardaş Azərbaycanla müzakirə aparmadan Ermənistanla heç bir inkişaf addımı atılmayacaq. Bizim prioritetimiz hər zaman Azərbaycan olub və belə də qalacaq. Pakistan tərəfindən atılan hər bir addım rəsmi Bakı ilə məsləhətləşmələr çərçivəsində həyata keçiriləcək”, – o qeyd edib.
Səfir həmçinin bildirib ki, iki ölkə arasında rəsmi təmaslar qarşıdakı aylarda daha da intensivləşəcək:
“Belə ki, bu ilin may ayında Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək məqsədilə Pakistanın Baş nazirinin Şahbaz Şərifin Bakıya səfəri planlaşdırılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 10 Fevral 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















