Icma.az
close
up
RU
Pakistanında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı olub

Pakistanında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Pakistanın Milli Assambleyasında Vətən müharibəsində qazanılan şanlı Qələbə və onun tarixinə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib.

Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əsas qonaq qismində Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Qulam Mustafa Şah, habelə federal kommunikasiya naziri Abdul Alim Xan, federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar, federal informasiya və yayım naziri Ataullah Tarar, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Milli Assambleyanın komitə sədrləri, senatorlar və millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, Pakistan ictimaiyyətinin tanınmış nümayəndələri, tarixçi-alimlər, QHT və media təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizə ehtiram əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub. Sonra Azərbaycan və Pakistanın Dövlət himnləri səsləndirilib, iki ölkə arasındakı qardaşlıq münasibətlərinə dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İkinci Qarabağ müharibəsinin şanlı tarixindən bəhs edərək, Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq Zəfər qazandığını diqqətə çatdırıb. O, 2023-cü il sentyabrında keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini vurğulayarq, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini deyib.

İki ölkə arasında qardaşlıq münasibətlərindən danışan səfir Xəzər Fərhadov qeyd edib ki, Pakistan istər keçmiş münaqişə dövründə, istərsə də sonrakı dönəmlərdə Azərbaycanın ədalətli mövqeyini regional və beynəlxalq platformalar çərçivəsində hərtərəfli şəkildə dəstəkləyib. O, həmçinin vurğulayıb ki, Pakistan ictimaiyyəti üçün daha da əlçatan olması məqsədilə urdu dilinə çap edilmiş kitab Azərbaycanın şanlı tarixi ilə bağlı elmi tədqiqatlar üçün önəmli mənbə rolunu oynayacaq.

Diplomat kitabın urdu dilinə tərcümə edilməsində göstərdikləri əməkdaşlığa görə Muslim İnstitutu, Azərbaycan Ticarət Evi və Pakistanın Milli Dilin Təbliği İdarəsi, həmçinin nəşrin təqdimatına göstərilən yüksək dəstəyə görə Milli Assambleyanın rəhbərliyinə təşəkkür edib.

Pakistan İslam Respublikası Milli Assambleyasının vitse-spikeri Syed Qulam Mustafa Şahın və Türkiyə səfiri İrfan Nəziroğlunun çıxışları dinlənilib. Məruzəçilər 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi Qələbəmiz haqqında danışaraq, müstəqilliyinin ilk günlərindən etibarən Pakistan və Türkiyənin Azərbaycanla davamlı həmrəylik nümayiş etdirdiklərini vurğulayblar.

Kitabın nüsxələri tədbirdə iştirak edən qonaqlara, Pakistan Milli Assambleyasının kitabxanasına təqdim edilib. Həmçinin Pakistanın beyin mərkəzlərinə, milli və digər kitabxanalara, ali təhsil ocaqlarına göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri