Icma.az
close
up
RU
“Vətən müharibəsi tarixi Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib FOTOLAR

“Vətən müharibəsi tarixi Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib FOTOLAR

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətilərinin, YAP Yasamal Rayon Təşkilatının əməkdaşlarının, şəhid ailələrinin, Vətən Müharibəsi qazilərinin, rayonun təhsil ictimaiyyətinin nümayəndələri və tələbə-müəllim heyəti iştirak edib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix və Etnologiya İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib.

Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, “Zəfər tarixi” dərsliyinin müəllifi Pərviz Ağalarov kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulayıb.

YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov qeyd edib ki, kitabda İ.Əliyevin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən Müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən bəhs edilir.

Tədbir kollecin tələbələrinin ifasında bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Mart 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri