Bolonyada “Vətən müharibəsi tarixi Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
İtaliyanın Bolonya şəhərində dünyanın ən əhəmiyyətli kitab sərgilərindən biri keçirilib.
APA xəbər verir ki, 62-ci dəfə keçirilən bu beynəlxalq sərgidə ölkəmiz xüsusi stendlə təmsil olunub.
Sərgi günlərində Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı da keçirilib. Sərginin işində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qonaqlara kitabı təqdim edərək iştirakçılara kitab haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, bu kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əksini tapıb. Kitab 10 xarici dilə tərcümə edilib və bir sıra xarici dövlətlərdə təqdimatı keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















