Icma.az
close
up
RU
Pakistanlı professor Ədəbiyyat Muzeyinin qonağı olub AZƏRTAC

Pakistanlı professor Ədəbiyyat Muzeyinin qonağı olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Pakistanın Bəlucistan Universitetinin professoru Ali Kumail Qızılbaş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaq Xəzər Universiteti Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar İnstitutu və Şimali Kipr Türk Cümhuriyyəti Yaxın Şərq Universiteti Rumi Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən IX Rumi Beynəlxalq Elmi Simpoziumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov Azərbaycan ilə Pakistan arasındakı dostluq əlaqələrindən danışıb, iki ölkənin mədəniyyət sahəsində birgə layihələr həyata keçirmək üçün geniş imkanlara malik olduğunu bildirib.

Rafael Hüseynov vurğulayıb ki, Şərqin müdrik filosof-şairi Mövlana Cəlaləddin Rumi öz əsərləri ilə Azərbaycanın fəlsəfi fikir tarixinə əhəmiyyətli təsir göstərib.

Direktor muzeydə saxlanılan xalçalara aid müəllifi olduğu açıqca dəstini (ingils dilində) və “Məhsəti Gəncəvi. Portret-oçerk” (fars dilində) kitabını professor Ali Kumail Qızılbaşa hədiyyə edib.

Sonra muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq professor Ali Kumail Qızılbaşı ekspozisiya ilə tanış edərək Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri haqqında ona ətraflı məlumat verib. Pakistanlı alim qüdrətli Azərbaycan şairlərinin, xüsusilə İmadəddin Nəsiminin yaradıcılığına böyük maraq göstərib.

Qonaq Azərbaycan xalqının istedadlı nümayəndələrinin yaratdığı ecazkar sənət əsərlərinə heyran qaldığını, əcdadları qızılbaş türklərinin vətəninin belə qədim və zəngin mədəniyyətə sahib olduqlarına görə qürur və iftixar duyduğunu bildirib, bununla bağlı fikirlərini muzeyin rəylər və təəssüratlar kitabında bölüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri