Icma.az
close
up
RU
Avstraliyadan gələn tələbələr Ədəbiyyat Muzeyinin qonağı olublar AZƏRTAC

Avstraliyadan gələn tələbələr Ədəbiyyat Muzeyinin qonağı olublar AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Avstraliyadakı Kurtin Universitetinin tələbələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəliblər. Onlar, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Muzeydən AZƏRTAC-a bildirilib ki, ekspozisiya ilə muzeyin kiçik elmi işçisi Nəzrin Yusifovanın vasitəsilə yaxından tanış olan tələbələr Nizami Gəncəvi, İmadəddin Nəsimi irsi haqqında məlumatları maraqla dinləyiblər. Qonaqlar Məhsəti Gəncəvi, Nizami Gəncəvinin “Xəmsə”si, ilk diplomat qadın - Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin anası Sara xatun, massegetlərin hökmdarı Tomris xatun, Müsəlman Şərqində ilk qadın opera bəstəkarı Şəfiqə Axundova, Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası haqqında məlumatdan məmnun qalıblar.

COP29 iştirakçıları Azərbaycanın adət-ənənələrini daha çox seviblər. Azərbaycanlıların ən çox qorunan adət-ənənələrindən qız-gəlinlərimizin əllərinə çəkdikləri xına mərasimi də onlara maraqlı olub və avstraliyalı ziyarətçi Custinia Tereza xına ilə əlinə bəzək çəkdirib.

Sonda qonaqlar təəssüratlarını muzeyin rəylər və təəssüratlar kitabında yazıblar. Zimbabvedən Kurtin Universitetinin tələbəsi Hazel Fadzai gələcəyin memarı kimi, binanın zahiri görünüşündən daxili memarlığına qədər olan incəliklərə heyran qaldığını, binanın, həmçinin daxilindəki hər məkanın muzeyin amalına uyğun şəkildə istifadə olunmasını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri