Icma.az
close
up
RU
Onlar qiymətləndirici ola bilmız Palata sədrindən banklara İRAD

Onlar qiymətləndirici ola bilmız Palata sədrindən banklara İRAD

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) təsis edilməsindən sonra ölkədə qiymətləndirmə fəaliyyəti vahid strukturun nəzarəti altında həyata keçirilir. Belə ki, indiyə qədər istənilən qiymətləndirici ilə əməkdaşlıq etməyə sərbəst olan bır sıra dövlət və maliyyə qurumları artıq yalnız AQP üzvü olan qiymətləndiricilərlə əməkdaşlıq etmək zərurətindədilər. 

Qiymətləndirmə fəaliyyəti ilə əlaqəli maliyyə qurumları sırasında başlıca yeri bankların tutması heç kimə sirr deyil. Yəni bankların qiymətləndiricilərlə əməkdaşlığı qaçılmazdır. Ancaq bu məqamda ortaya sual olaraq bir mövzu çıxır.

Bank əməkdaşı olan və Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanından uğurlu nəticə əldə edən şəxslər qiymətləndirici ola bilərlərmi?

Modern.az mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimovla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Nüsrət müəllim, öncə ondan başlayaq ki, qiymətləndirici kimdir, onun müstəqilliyi nə deməkdir?

- Azərbaycanda müstəqil qiymətləndirici fəaliyyəti "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla tənzimlənir və müstəqil qiymətləndirici olmaq üçün müvafiq sertifikatlara malik olmaq lazımdır. “Qiymətləndirici Qanunla müəyyən edilmiş tələblərə cavab verərək Palatanın üzvü olan, istər daşınmaz əmlak, istərsə də digər aktivlər üzrə müvafiq sertifikatı olan, obyektiv, qərəzsiz və bazar əsaslı dəyər müəyyən edən şəxsdir. Onun müstəqilliyi dedikdə, qiymətləndirmə etdiyi obyektin nəticəsindən birbaşa və ya dolayı şəkildə mənfəət və ya zərər görməməsi nəzərdə tutulur. 

- Belə olan halda bank əməkdaşlarının qiymətləndirici olmaq hüquqları varmı?

- Qanuna əsasən Qiymətləndirici qiymətləndirmə fəaliyyətini qərəzsiz və müstəqil şəkildə həyata keçirmək, maraqlar toqquşmasına yol verməmək və etik davranış kodeksinə riayət etmək öhdəliyi daşıyır. Bu mənada bank əməkdaşının qiymətləndirici kimi fəaliyyət göstərməsi yolverilməzdir. Çünki bank işçisi öz işlədiyi banka verilmiş girov predmetini qiymətləndirirsə, bu zaman onun qiymətləndirmə fəaliyyəti artıq maraqlar toqquşmasına səbəb olur və onun müstəqilliyi şübhə altına alır. Yəni o, öz işəgötürəninə xidmət edir, bankın maliyyə riski onun qiymətləndirməsindən asılıdır, qiymətləndirmə bankın qərarına birbaşa təsir göstərir. Bu halda müstəqil qiymətləndirmə prinsipi pozulur. Bu məntiqin hüquqi əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsi və İpoteka haqqında Qanunda da əksini tapıb ki, sonuncu qanunda yazılır ki, İpoteka müqaviləsində girovlu əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə edilməlidir. 

- Bank əməkdaşı olan şəxsin digər banklar və ya digər sifarişçilər üçün qiymətləndirmə aparması üçün onun qiymətləndirici olmasına nə mane olur?

- Bu, nə qanuni zəmanətdir, nə də Palata üçün hüquqi əsasdır. Çünki Qiymətləndiricilər Palatası üzvü qəbul edərkən onun bütün gələcək fəaliyyətini əhatə edən məsuliyyət daşıdığını qəbul edir. Yəni qiymətləndirici olmaq istəyən bank əməkdaşı gələcəkdə öz bankında qiymətləndirmə etməyəcəyini bəyan etsə də, bu bəyanat qəti zəmanət deyil və pozulma ehtimalı qalır. Ona görə də, Palata potensial maraq toqquşması şəraitinin yaranması ilə bağlı ehtimal və risk halları olduğu halda, bu halların yaranmasına səbəb ola biləcək şəxslərin, o cümlədən bank əməkdaşının üzvlük müraciətindən imtina edə bilər. Başqa sözlə desəm, qiymətləndirici fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin faktiki iş yeri qiymətləndirici kimi onun obyektivliyini və müstəqilliyini sual altına qoyursa, o, yalnız iş yerini dəyişməklə qiymətləndirici kimi fəaliyyət göstərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri