Icma.az
close
up
RU
Palçıq altındakı kənddə son durum: İcra Hakimiyyətindən AÇIQLAMA

Palçıq altındakı kənddə son durum: İcra Hakimiyyətindən AÇIQLAMA

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Qusar rayonunda yağan leysan yağışları ucqar Laza kəndində palçıqlı selə səbəb olmuşdu. 

Nəticədə kənd daxilində hərəkət ciddi şəkildə çətinləşib, əhali üçün gündəlik həyat daha da ağırlaşıb. Leysan nəticəsində "Qızılqaya" dağ massivindən başlayan və kəndin mərkəzindən axan Laza çayı məcrasından çıxıb. Sel suları çayın ətraf ərazilərinə yayılaraq yolları bağlayıb və nəqliyyatın hərəkətini məhdudlaşdırıb. 

Lazanı iki hissəyə ayıran çayın daşması nəticəsində kəndin bir tərəfindən digər tərəfinə piyada keçid demək olar ki, mümkünsüz hala gəlib. Palçıqlı selin yaratdığı fəsadlar kənddə həyat şəraitini çətinləşdirib və sakinləri narahat edib. Palçıqlı suyun bəzi evlərə dolduğu bildirilir. 

Hazırda kənddə vəziyyət necədi? “Cebheinfo.az” – a açıqlama verən Qusar RİHB aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Eldar Hacıbalayev bildirib ki, artıq kəndə gediş–gəliş bərpa olunub: 

“Artıq kənddə vəziyyət yaxşıdır. Sakinlərin təhlükəsizliyi təmin edilib, kəndlərarası gediş- gəliş bərpa olub. Hələ sel axını nəticəsində əraziyə dolan palçığın tam şəkildə təmizlənməsi işləri aparılır. Yavaş- yavaş əvvəlki vəziyyət bərpa olunacaq”. 

Gülər 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri