Azərbaycan Kubokunda qayda pozuntularına görə qərarlar verilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 noyabr, AZƏRTAC
İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Səbail” – “Zirə” qarşılaşmasının 80-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Samuel Nonqoh ikinci sarı vərəqə aldığı üçün bir oyunluq cəzalanıb. “Səbail” klubu 150 manat cərimə edilib. Həmin görüşdə “Zirə”nin dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
MOİK – “Şahdağ Qusar” matçının 73-cü dəqiqəsində ev sahibi komandanın 80 nömrəli futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. MOİK 900 manat cərimə edilib.
“Şəfa” – “Ağstafa Gəncləri” qarşılaşmasında qonaq komandanın həkimi olmadığına görə “Ağstafa Gəncləri” klubu 100 manat cərimələnib.
“Xankəndi” – “Gəncəbasar” oyununda ev sahibi komandanın altı futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” 210 manat cərimə edilib.
“Zəngəzur” – “Karvan-Yevlax” görüşü təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Zəngəzur” klubu 200 manat cərimələnib.
Baxış sayı:126
Bu xəbər 03 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















