Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? Ekspertdən AÇIQLAMA KONKRET

Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? Ekspertdən AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Avropanın bəzi şəhərlərində mənzil bazarına təzyiqi azaltmaq və yerli sakinlərin mənzilə əlçatanlığını artırmaq məqsədilə qısamüddətli kirayələrə məhdudiyyətlərin tətbiqi müzakirə olunur. Son illər Bakıda da kirayə mənzil bazarında qiymət artımı və tələbatın yüksəlməsi müşahidə edilir. Xüsusilə söküntü və yenidənqurma layihələri nəticəsində çoxsaylı vətəndaşların müvəqqəti yaşayış yeri axtarması kirayə bazarına əlavə yük yaradır.

Bəs Avropa ölkələrinin qısamüddətli kirayələrlə bağlı təcrübəsinin Azərbaycanda, xüsusilə Bakıda tətbiqi nə dərəcədə məqsədəuyğundur? Belə məhdudiyyətlər kirayə qiymətlərinin tənzimlənməsinə kömək edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, Azərbaycanda qısamüddətli kirayələrə məhdudiyyət qoyulmasına zərurət yoxdur. Onun sözlərinə görə, ölkəmizdə kirayə mənzil bazarının əsas hissəsini uzunmüddətli kirayələr təşkil edir.

Ekspert qeyd edib ki, 2018-ci ildən etibarən istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının, həyətlərin və kvartalların sökülməsi prosesi kirayə mənzillərə tələbatı artıran əsas amillərdəndir:

“Bu proses zamanı sökülən binalarda yaşayan sakinlərə tikinti şirkətləri tərəfindən müvəqqəti kirayə mənzillər təmin olunur. Yeni binanın inşası başa çatana və mənzillər sahiblərinə təhvil verilənədək kirayə xərclərini də şirkətlər qarşılayır. Nəzərə almaq lazımdır ki, bir binanın tikintisi təxminən 2,5-3 il çəkə bilər. Bu müddətdə həmin sakinlər kirayə mənzillərdə yaşamağa davam edirlər.

Bəzi mülkiyyətçilər isə yeni mənzil əvəzinə kompensasiya almağa üstünlük verirlər. Onlar da özlərinə yeni ev əldə edənədək müvəqqəti olaraq kirayə mənzillərdə məskunlaşırlar. Bu hallar paytaxtda kirayə mənzillərə tələbatı artırır”.

Anar Nəsirovun sözlərinə görə, dövlət əhəmiyyətli layihələr də kirayə bazarına təsirsiz ötüşmür. Küçələrin genişləndirilməsi, yeni metro stansiyalarının və tramvay xətlərinin inşası, parkların salınması kimi layihələr çərçivəsində həyata keçirilən söküntülər nəticəsində mənzillərini itirən vətəndaşlar da yeni yaşayış yeri əldə edənədək kirayədə qalmağa məcbur olurlar.

Ekspert hesab edir ki, Azərbaycanda qısamüddətli və uzunmüddətli kirayə bazarları bir-birindən fərqlənir. Onun fikrincə, günlük kirayələrdən istifadə edənlər əsasən turistlər və müvəqqəti ehtiyac səbəbindən Bakıya gələn şəxslərdir. Bunlara, həmçinin müalicə məqsədilə paytaxta üz tutan vətəndaşlar daxildir.

“Azərbaycanda mənzil kirayələyənlərin böyük əksəriyyəti uzunmüddətli yaşayış üçün ev axtarır. Günlük kirayə mənzil təklif edən mülkiyyətçilərlə aylıq və uzunmüddətli kirayə verənlər, demək olar ki, ayrı-ayrı bazar seqmentlərində fəaliyyət göstərirlər. Uzunmüddətli kirayə vermək istəyən ev sahibi qısamüddətli qalmaq istəyən şəxsin müraciətini qəbul etməyə də bilər. Yəni bu iki istiqamət bir-birindən fərqlənir”, – deyə ekspert vurğulayıb.

A.Nəsirov əlavə edib ki, kirayə bazarı əsasən tələb və təklif prinsipi əsasında tənzimlənir. Kirayə mənzillərə tələbat artdıqda qiymətlər yüksəlir, təklif çoxaldıqda isə ev sahibləri arasında rəqabət güclənir və bu, qiymətlərin aşağı düşməsinə şərait yaradır.

Ekspert Bakıda kirayə qiymətlərinin son illərdə artmasını da məhz paytaxtda genişlənən söküntü və tikinti işləri, eləcə də bu proseslərin yaratdığı əlavə tələbatla əlaqələndirib.

O, hesab edir ki, Avropanın bəzi şəhərlərində tətbiqi nəzərdən keçirilən qısamüddətli kirayə məhdudiyyətləri Azərbaycan reallığına uyğun deyil. Çünki ölkəmizdə uzunmüddətli kirayələr üstünlük təşkil edir və günlük kirayə bazarı ayrıca fəaliyyət göstərir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri