Icma.az
close
up
RU
Palma yağı idxalında ziddiyyət: Miqdar azalır, dəyər artır SƏBƏB nədir?

Palma yağı idxalında ziddiyyət: Miqdar azalır, dəyər artır SƏBƏB nədir?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb. 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252.2 min ABŞ dolları dəyərində 21 min 814.6 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib. Bir kiloqram palma yağının orta idxal qiyməti 22% artaraq 2.44 manata çatıb. Maraqlıdır, palma yağının zərərləri ilə bağlı cəmiyyətdə ciddi müzakirələr edilir, maarifləndirmə kampaniyaları aparılır. Bəs palma yağı Azərbaycana niyə böyük həcmdə idxal olunur? Bu yağdan hansı sahələrdə istifadə olunur?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İlk yerdə qida sənayesidir

Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, ölkəmizdə palma yağı qida sənayesində geniş istifadə olunur. Onun sözlərinə görə, bu yağ marqarin, paketlənmiş çörək və bulkalar, peçenye, kremli şirniyyatlar, dondurma, şokolad məhsulları, eləcə də fastfud (hamburger, hot dog çörəkləri) və dondurulmuş hazır yeməklərin tərkibində yer alır: "Palma yağı həm də kosmetika və məişətdə geniş tətbiq olunur. Belə ki, şampun, sabun, dodaq boyası və müxtəlif təmizlik vasitələrinin tərkibində bu yağdan istifadə edilir".

Mütəxəssis vurğulayır ki, hətta kərə yağı kimi alıb istifadə etdiyimiz məhsulların tərkibində də palma yağına rast gəlinir: "Palma yağı marqarin və digər bitki yağları ilə birlikdə kərə yağına qarışdırıla bilər. Bu, məhsulun maya dəyərini azaltmaq və saxlama müddətini uzatmaq məqsədi ilə edilir".

Təbii kərə yağını saxta yağdan necə fərqləndirə bilərik?

Qida təhlükəsizliyi üzrə ekspert bildirir ki, kərə yağının tərkibində palma yağının olub-olmamasını müəyyən etmək üçün bir neçə sadə test mövcuddur: "Birincisi, isti su testidir. Əsl kərə yağı suda tək parça kimi əriyir. Saxta yağ isə, hissələrə ayrılır. İkincisi, otaq temperaturu testidir. Əsl kərə yağı otaq temperaturunda yumşalır, amma su kimi ərimir. Üçüncü yoxlamaq üsulu qoxu və rəngdir. Təbii yağ iştaha açan qoxu verir və köpüklənir. Saxta yağ isə tündləşir və rəng dəyişir. Həmçinin sirkə və yod ilə də əsl kərə yağı ilə palma yağını ayırmaq mümkündür. Yağa bir neçə damcı sirkə və yod əlavə edirsiniz. Rəng mavi və ya qəhvəyi olarsa, deməli, kərə yağına qatqı əlavə olunub".

"Ucuz şokolad məhsullarında daha çox istifadə olunur"

Həmsöhbətimizin sözlərinə görə, istehlakçılar məhsulun etiketini oxumaqla da bəzi məhsulların tərkibində palma yağının miqdarını müəyyən edə bilərlər: "İstehlakçılar etiketi oxuyaraq "Palm oil", "Palm fat", "Vegetable fat (palm)" kimi ifadələrə diqqət yetirməlidirlər. "Hydrogenated vegetable oil" ifadəsi də palma yağı ola bilər. Həmçinin, uzunmüddətli saxlama qabiliyyəti olan, kremli və bərk konsistensiyalı məhsullarda palma yağı olması ehtimalı yüksəkdir. Ümumiyyətlə, ucuz qiymətli marqarin və şokolad məhsullarında palma yağı daha çox istifadə olunur".

"Tələbatın çox olması ciddi suallar yaradır"

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, kərə yağı bazarında ciddi nəzarətsizlik müşahidə olunur: "Hazırda 20 manatdan yuxarı qiymətə satılan kərə yağlarının tərkibi belə şübhə doğurur. Palma yağının idxalında müşahidə olunan rəqəmlər isə sahədəki nəzarətsizliyin bir göstəricisidir. Əgər palma yağı insan orqanizmi üçün zərərli sayılırsa və qida sənayesində istifadəsi məqbul hesab edilmirsə, tələbatın çox olması ciddi suallar yaradır. Ümumilikdə qida sənayesində istifadə olunan yağlarla bağlı istehlakçının sağlamlığını qorumaq üçün şəffaflıq və məsuliyyətli nəzarət mexanizmləri yaradılmalıdır".

Palma meyvəsindən hazırlanır, yoxsa çəyirdəyindən?

P.Heydərov deyir ki, palma bitkisindən alınan yağlar iki formada mövcuddur. Birinci forma meyvənin özündən, yəni lətli hissəsindən alınan palma yağıdır. İkincisi isə palmanın çəyirdəyindən alınan tum yağıdır: "Meyvədən əldə olunan palma yağı dünyada geniş şəkildə istifadə olunur və texniki baxımdan qida sənayesində istifadəyə yararlı hesab edilir. Lakin palma çəyirdəyindən (kernel) alınan yağ insan sağlamlığı üçün daha zərərli sayılır və qida məhsulu kimi istifadəsi ciddi suallar doğurur. Hazırda ölkəyə idxal olunan palma yağı ilə bağlı əsas suallardan biri də budur: gətirilən yağ palma meyvəsindən hazırlanır, yoxsa çəyirdəyindən?".

"Şəffaflığın təmin olunması vacibdir"

Mütəxəssis vurğulayır ki, hazırda ölkəyə idxal olunan palma yağı məhsullarının növü, keyfiyyəti və hansı məqsədlə istifadə edildiyi barədə daha şəffaf və konkret məlumatlara ciddi ehtiyac var: "Digər tərəfdən, ölkədə satışda olan bəzi kərə yağlarının harada istehsal edildiyi, harada qablaşdırıldığı və ölkəyə hansı kanallar vasitəsilə daxil olduğu barədə alıcılarda əsaslı məlumatlar yoxdur. Təəssüf ki, bu sualların cavabı əksər hallarda açıq şəkildə təqdim edilmir. Bəzi istehlakçılar düşünür ki, ucuz qiymətə satılan bəzi "kərə yağları" əslində yerli istehsal ola bilər və onların tərkibinə palma yağı kimi ucuz xammalların əlavə olunması mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Oktyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri