Icma.az
close
up
RU
Palma yağı nədir? ŞƏRH EDİLDİ

Palma yağı nədir? ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Palma yağı çox danışılan bir mövzudur və təsirləri qəbul miqdarına və keyfiyyətinə görə dəyişir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib.

O bildirib ki, palma yağı yüksək doymuş yağ turşuları ehtiva etdiyi üçün həddindən artıq qəbulu ürək-damar sağlamlığı üçün risk yarada bilər: "Ancaq keyfiyyətli və düzgün emal olunmuş palma yağı kiçik miqdarlarda qəbul edildikdə orqanizmə ciddi mənfi təsir göstərmir.

Son illərdə palma yağı qida sənayesində geniş istifadə olunmağa başlayıb və bu mövzu ictimaiyyət arasında böyük maraq doğurur. Xüsusilə, Azərbaycana gətirilən palma yağının miqdarının artması bu məhsulun insan orqanizminə təsiri ilə bağlı narahatlıqları gündəmə gətirir. Bəs palma yağı nədir? Onun insan sağlamlığına təsirləri nələrdir? Bu məqalədə palma yağı haqqında ətraflı məlumat təqdim edəcəyəm

Palma Yağı Nədir?

Palma yağı "Elaeis guineensis" adlı palma ağacının meyvəsindən əldə edilən bitki mənşəli yağdır. İki əsas növə ayrılır:

Xam palma yağı – daha az emal olunmuş və təbii antioksidantlarla zəngin variantdır.

Rafinə olunmuş palma yağı – qida sənayesində geniş istifadə olunan, yüksək temperaturda emal edilmiş formasıdır.

Palma yağı qida sənayesində geniş istifadə olunur, çünki:

Ucuz və uzunmüddətli saxlanma imkanı yaradır. Qidalara kremlik və stabillik qatır. Trans yağ ehtiva etmir (lakin tərkibində yüksək miqdarda doymuş yağ var). Buna görə də, bir çox şirniyyat, qəlyanaltı, fast-food və yarımfabrikat məhsullarında palma yağından istifadə edilir.

Əsasən də market məhsullarında palma yağından geniş istifadə olunur. Bu istifadə edilən palma yağı isə yüksək temperaturda emal edilir və bu proses zamanı aşağıdakı dəyişikliklər baş verir:

1. Kanserogen maddələrin yaranması – Palma yağı yüksək temperaturda qızdırıldıqda akrolein, furan və glisidil efirləri kimi kanserogen (xərçəng yaradan) maddələr əmələ gəlir. Xüsusilə, çox qızardılmış qidalarda bu risk artır.

2. Trans yağlara çevrilmə – Dəfələrlə qızdırılan və hidrogenləşdirilən palma yağı trans yağlara çevrilə bilər. Trans yağlar isə damar sərtliyi, insulin müqaviməti və piylənmə riskini artırır.

3. Antioksidantların məhv olması – Xam palma yağı müəyyən faydalı antioksidantlar ehtiva etsə də, yüksək temperaturda emal edilən versiyasında bu maddələr məhv olur. Nəticədə, sağlamlıq üçün qoruyucu təsir itir.

4. Fast-food və qızardılmış məhsullardakı palma yağı

– Hamburgerlər, kartof qızartmaları, çipslər və digər qızardılmış qidalarda palma yağı bir neçə dəfə istifadə olunduğuna görə trans yağlara çevrilir. Bu, ürək-damar xəstəlikləri və piylənmə riskini artırır.

5. Şirniyyat və qəlyanaltılardakı palma yağı

– Peçenyelər, şokolad kremləri, dondurma və yarımfabrikat desertlərdə palma yağı çox istifadə olunur. Bu məhsullarda həm yüksək miqdarda şəkər, həm də doymuş yağlar olduğu üçün metabolizm pozğunluğuna, artıq çəkiyə və insulin müqavimətinə səbəb ola bilər.

6. Uşaq qidalarındakı palma yağı

– Bəzi körpə süd tozlarında və uşaq qidalarında palma yağı mövcuddur. Bəzi tədqiqatlar bu yağın kalsiumun sorulmasını azalda biləcəyini və bağırsaq florasına mənfi təsir göstərə biləcəyini göstərir.

7. Marketlərdə satılan süzmə pendirlər və süd məhsulları adətən palma yağı və digər bitki yağları ilə qarışdırılır. Bu cür məhsullar uzunmüddətli istifadədə xolesterin balansını poza və qaraciyəri yükləyə bilər".

"Məsləhətim odur ki, sağlam yağlar qəbul edin – Günlük yağ ehtiyacını zeytun yağı,nehrə yağı, avokado, çərəzlər və balıqdan almaq daha yaxşıdır.

Və son söz olaraq demək olar ki, marketlərdə satılan paketlənmiş qidalardakı palma yağı orqanizm üçün zərərlidir, çünki o, çox vaxt yüksək temperaturda emal edilir və tərkibində kanserogen maddələr əmələ gəlir. Xüsusilə, fast-food, şirniyyatlar, emal olunmuş süd məhsulları və uşaq qidalarında olan palma yağının nəzarətsiz qəbulu ürək xəstəlikləri, çəki artımı və metabolizm pozuntularına səbəb ola bilər.

Sağlam qalmaq üçün paketlənmiş məhsullardan mümkün qədər uzaq durmaq və təbii qidalara üstünlük vermək tövsiyə olunur" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri