Icma.az
close
up
RU
“Palmeyras” vahid lider oldu

“Palmeyras” vahid lider oldu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Martın sonunda start götürən Braziliya çempionatında mübarizə getdikcə qızışır. Son on gündə keçirilən 4-cü və 5-ci turun oyunlarından sonra turnir cədvəlində ikihakimiyyətlilik pozuldu.
Son mövsümün bürünc mükafatçısı “Flamenqo” 3-cü turdan sonra digər şərikli lider “Palmeyras”dan çox qol vurduğu üçün 1-ci yerdə idi. Filipe Luisin komandası növbəti iki matçda hesabına 4 xal yazdı. Əvvəlcə evdə “Juventude”nin qapısından 6 cavabsız top keçirən rio de janeyrolular cari mövsümün ən böyükhesablı qələbəsini reallaşdırdılar. Lakin “Vasku da Qama” ilə növbəti matçda büdrədilər. Derbi başladığı hesabla sona çatdı. Maraq üçün yanvarda “Qarabağ”dan ayrılaraq “Flamenqo”ya keçən hücumçu Juninyonun son iki çempionat matçında meydana çıxmaq şansı qazanmadığını qeyd edək. Onun komandası qələbə seriyasını 4-ə çatdıra bilmədiyi üçün liderliyi əldən verdi.
Ona görə ki, iki tur əvvəl şərikli lider olan digər komanda növbəti oyunlarını masimum nəticə ilə başa vurdu. Əvvəlcə səfərdə “İnternasyonal”a minimal hesabla qalib gələn “Palmeyras” “Fortaleza”nı 2:1 hesabıyla məğlub etdi. Ötən mövsümün vitse-çempionu ardcıl 4-cü qələbə ilə vahid liderliyi ələ aldı. Xatırladaq ki, Abel Ferreyranın komandası mövsümə evdə son çempion “Botafoqo” ilə qolsuz heç-heçə etməklə başlamışdı.
İlk iki oyunda 4 xal toplayan “Botafoqo” üçün son iki tur uğursuz alındı. Renato Payvanın komandası evdə “San Paulu” ilə 2:2 hesabına razılaşandan sonra səfərdə “Atletiko Mineyro”ya minimal hesabla uduzdu. Yeni mövsümdə ilk 5 oyunda 2-ci məğlubiyyətini alan son çempion 3-cü turdan sonra olduğu 10-cu yerdən 15-ə düşdü.
Hesabat turundan sonra “Fluminense” ilə “Braqantino” hərəyə 10 xalla 3-4-cü yerləri bölüşürlər. Çempionatın autsayderi isə yalnız 1 xal toplaya bilən “Sport Resife”di.
4-cü tur
Flamenqo - Juventude 6:0
Pulqar, 13. Plata, 18. Danilo, 22. De Arraskaeta, 56. Pedro, 71; 81.
İnternasyonal - Palmeyras 0:1
Torres, 64.
Botafoqo RJ - San Paulu 2:2
Savarino, 24. İqor Jezus, 74 - Ferreyra, 21. Andre Silva, 45+13.
Seara - Vasku da Qama 2:1
Pedro Raul, 29; 81 - Veqetti, 90+2.
Mirassol - Qremio 4:1
Daniel Borges, 3; 81. Reynaldo, 21-p.; 78 – Breytveyt, 82.
Sport Resife - Braqantino 0:1
Juninyo Kapişaba, 13.
Korintians - Fluminense 0:2
Rene, 63. Aryas, 82-p.
Santos - Atletiko Mineyro 2:0
Ze İvaldo, 24. Barreal, 27.
Vitoriya - Fortaleza 2:1
Janderson, 37. Mateuzinyo, 74 – Dioqo Barboza, 48.
Kruzeyro - Bayya 3:0
Romero, 45+7. Kayo Jorje, 65; 76.
5-ci tur
Vasku da Qama - Flamenqo 0:0
Fortaleza – Palmeyras 1:2
Deyverson,70 - Torres, 45. Lopes, 56.
Atletiko Mineyro - Botafoqo RJ 1:0
Kuelyo, 48.
Korintians - Sport Resife 2:1
Depay, 46; 62 – Serjio Oliveyra, 45.
Qremio - İnternasyonal 1:1
Antoni, 38-öz qapısına – Alan Patrik, 66-p.
Juventude - Mirassol 2:2
Enio, 24. Batalya, 45+2 – Yuri Kastilyo, 34. Reynaldo, 72-p.
San Paulu - Santos 2:1
Ferreyra, 10. Andre Silva, 23 – Tikinyo Soares, 45+3-p.
Fluminense - Vitoriya 1:1
Kano, 39 – Lukas Braqa, 90.
Braqantino - Kruzeyro 1:0
Con Con, 15.
Bayya - Seara 1:0
Everton Ribeyro, 90+14-p.
1. Palmeyras 5 4 1 0 7-2 13
2. Flamenqo 5 3 2 0 11-2 11
3. Fluminense 5 3 1 1 6-4 10
4. Braqantino 5 3 1 1 6-4 10
5. Seara 5 2 1 1 7-6 7
6. Korintians 5 2 1 2 6-6 7
7. Kruzeyro 5 2 1 2 6-6 7
8. Vasku da Qama 5 2 1 2 6-7 7
9. Juventude 5 2 1 2 6-11 7
10. San Paulu 5 1 4 0 5-4 7
11. Mirassol 5 1 3 1 9-7 6
12. İnternasyonal 5 1 3 1 6-3 6
13. Bayya 5 1 3 1 5-7 6
14. Fortaleza 5 1 2 2 5-5 5
15. Botafoqo RJ 5 1 2 2 4-4 5
16. Vitoriya 5 1 2 2 6-8 5
17. Atletiko Mineyro 5 1 2 2 4-6 5
18. Santos 5 1 1 3 6-7 4
19. Qremio 5 1 1 2 4-10 4
20. Sport Resife 5 0 1 4 3-8 1
Bombardirlər: De Arraskaeta (Flamenqo), Pedro Raul (Seara), Veqetti (Vasku da Qama) - 4.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see312

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see248

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see243

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see237

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see236

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see234

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see231

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see201

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see200

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see193

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see168

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see166

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see166

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see166

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see163

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see163

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see163

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see162

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see158

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri