Icma.az
close
up
RU
Paltar yuyarkən edilən ən böyük səhvlər

Paltar yuyarkən edilən ən böyük səhvlər

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu səhvlərdən biri paltarların yuyulmadan əvvəl hazırlanmasının olmamasıdır. Çoxumuz paltar yumağı hələ yeniyetmə vaxtımızdan öyrənmişik.
Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, uuma prosesi gündəlik həyatımızın ayrılmaz hissəsidir. Amma buna baxmayaraq, əslində insanların əksəriyyəti bu işdə mütəxəssis deyil.
Sanki ən böyük səhv rəngli paltarları ağlarla birlikdə yumaqdır. Ancaq ekspertlərin dediyinə görə, paltarlar çox fərqli səbəblərdən korlana bilər.
Çox yuyucu tozdan istifadə
Jamie’s Journey layihəsinin yaradıcısı Ceymi Adams bildirib ki, yuyucu tozdan həddindən artıq istifadə əks effekt verə bilər nəticədə paltarlar əvvəlkindən daha da çirkli qala bilər. Çünki artıq köpük paltarın üzərində kirlərin ilişib qalmasına səbəb olur. Üstəlik, müasir paltaryuyan maşınlar ekoloji səbəblərə görə əvvəlki modellərə nisbətən daha az su istifadə edir. Ona görə də düzgün miqdarı seçmək xüsusilə vacibdir. Əks halda, ləkələrin çıxması da çətinləşir.
Mütəxəssislər tövsiyə edir: təlimatda göstərilən dozanı aşmayın.
Yuyucu tozu və ya kapsulları paltarları yüklədikdən sonra birbaşa barabana qoymaq düzgün deyil. Çünki müasir maşınlarda su az olduğu üçün maddələr tam həll olunmur və nəticədə paltar üzərində toz qalıqları qalır. Doğru üsul yuyucu vasitəni əvvəlcədən barabana qoymaqdır.
Paltarların əvvəlcədən hazırlanması
Əgər paltarınızda ləkə və ya xoşagəlməz qoxu varsa, yuyulmazdan əvvəl onu mütləq işləyib hazırlamaq lazımdır. “Beş saniyəlik hazırlıq prosesi sonradan işi xeyli asanlaşdırır. Ləkəyə öncədən işləmə vasitəsi vurun, sonra maşına qoyun”.
Ətriyyatların qarışdırılması
Bəzi insanlar paltarlarının qoxusuna çox həssas yanaşır. Amma bir neçə fərqli ətirli vasitədən istifadə edildikdə, paltarların qoxuları bir-biri ilə toqquşa bilər. Təmizlik eksperti Beki Rapinçuk (“Clean Mama”) bildirir: paltaryuyanı heç vaxt doldurmayın. Əks halda, paltarlar tam təmizlənmir, üstəlik, bir-birinə sürtünərək tez aşınır. Bu, həm də quruducu üçün keçərlidir.
Parçaları növünə görə ayırmamaq
Adətən paltarları rənginə görə ayırırıq. Amma parçaların növünə görə də ayırmaq faydalıdır. Məsələn, dəsmalları yalnız dəsmallarla, cinsləri cinslərlə, çarpayı dəstlərini isə oxşar parçalarla birlikdə yumaq lazımdır. Bu üsul həm parçaların daha yaxşı təmizlənməsini, həm də onların uzunömürlü olmasını təmin edir.
Çox yumaq və çox qurulamaq
Uzun yuma rejimlərindən sui-istifadə etmək olmaz. Bu, paltarların tez köhnəlməsinə səbəb olur.
Paltaryuyan maşını təmizləməmək
Çox adam paltaryuyanını təmizləməyi unudur. Ceymi Adams məsləhət görür: boş maşını qaynar su və bir stəkan ağardıcı ilə doldurun, bir saat saxlayın, sonra uzun yuma rejimi açın. Sonra eyni prosesi sirkə ilə də təkrarlayın. Əlavə olaraq rezin hissələri də silmək lazımdır.
Lazımsız yuma
Ekspertlər paltarların yalnız bir dəfə geyinildiyi üçün dərhal yuyulmasının vacib olmadığını bildirirlər. Əgər paltar təmizdirsə, sadəcə azacıq ütüləmək kifayətdir.
Ağ və rəngli paltarları qarışdırmaq
Klassik səhvlərdən biri də budur. Ağ paltarları tündlərdən uzaq saxlamaq lazımdır, xüsusən də yeni alınmış parçalardan boya çıxa bilər.
Paltarları dərhal yığmamaq
Paltarları yuyulandan dərhal sonra yığmaq lazımdır. Əks halda, qoxu qala bilər və nizam pozular. Yeni yuma prosesinə başlamazdan əvvəl əvvəlki paltarlarınızı yerinə yığmağı vərdiş edin.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri