Icma.az
close
up
RU
Pan Asiya əməkdaşlığında yeni dövr

Pan Asiya əməkdaşlığında yeni dövr

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iclasının Bakıda keçirilməsi qarşılıqlı etimadı möhkəmləndirəcək

Mayın 20-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar İclası keçiriləcək. Bu tədbirin Azərbaycana həvalə edilməsi respublikamıza olan dərin etimadın nümunəsi hesab edilə bilər. Çoxtərəfli diplomatiyada fəal rol oynayan Azərbaycanın zəngin təcrübəsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti, Qoşulmama Hərəkatında uğurlu Sədrliyi, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində fəal rolu bu platformanın da Bakıda təşkili üçün ciddi əsaslar yaradır.

Olduqca qlobal əhəmiyyət daşıyan bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi siyasi-iqtisadi, ticari və digər məsələlər baxımından mühüm əhəmiyyət kəsb edir.

İqtisadi inkişafa yönəlmiş təşəbbüslər

Qeyd edək ki, AQEM-in Nazirlər Şurasının 2024-cü il martın 19-da qəbul etdiyi qərara əsasən, 2024-2026-cı illər üzrə Müşavirəyə sədrlik Azərbaycana həvalə olunub. Sədrlik çərçivəsində AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Bu, ölkəmizin həm geosiyasi, həm iqtisadi baxımdan bölgədə strateji üstünlüyünün təminatında mühüm amil olduğunu göstərir.

Azərbaycanın AQEM-ə rəhbərlik etdiyi dövr Pan-Asiya əməkdaşlığının aktivləşdirilməsi, region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, qitənin təhlükəsizliyi və davamlı iqtisadi inkişafa yönəlmiş təşəbbüslərin irəli sürülməsi üçün yeni perspektivlər açır.

AQEM platforması dünyada mövcud olan gərginliyi yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yollarını müəyyənləşdirir. Çünki məhz bunlar dünyamızı hazırkı gərgin vəziyyətə gətirib çıxarıb. AQEM-in iştirakçısı olan dövlətlər iqtisadi əməkdaşlıqla yanaşı, siyasi təhlükəsizliyin də əsasını yaradıblar. İqtisadi maraqlar iştirakçı dövlətlərin bir-birinə siyasi dəstək vermək zərurətini yaradıb. Dünya əhalisinin üçdə ikisinin, təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, bu beynəlxalq platformanın planetimizin gələcək təhlükəsizliyinin təmin olunması, qlobal sülhün bərqərar edilməsi, qarşılıqlı etimadın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını görmək mümkündür.

Asiyada sülh və təhlükəsizlik naminə

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.

28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilib. Bundan başqa, “AQEM-ə üzv dövlətlər arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş “Almatı Aktı” təşkilatın gələcək fəaliyyətinin əsas prinsiplərini müəyyən edib. Astana şəhərində yerləşən Katiblik inzibati orqan kimi təşkilati prosesləri nizamlayır. Qərar qəbuletmə orqanları olan Dövlət və Hökumət Başçıları Şurası - Sammit prosedur qaydalarına uyğun olaraq dörd ildən bir toplanır. Xarici İşlər Nazirləri Şurası da dörd ildən bir toplanır, Yüksək Vəzifəli Şəxslər Komitəni isə ildə iki dəfə toplanmaqla mühüm məsələlərə dair qərarlar qəbul edir.

Yol Xəritəsi yeni prinsipləri müəyyənləşdirir

Azərbaycan Qazaxıstanın AQEM-in çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biridir və hazırda da AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Bu xüsusda, Azərbaycan tərəfi 2011-ci il tarixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi edib. 2021-ci ildə isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil olunub. Bundan başqa, 2018-ci ilin aprel ayında Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilib.

AQEM-in zirvə görüşlərinin yekun bəyannamələrində, eləcə də nazirlər iclaslarının sənədlərində, davamlı olaraq, separatizm dövlətlərin sabitliyi, suverenliyi və ərazi bütövlüyünə olan təhdid kimi pislənilib və üzv dövlətlər arasındakı münasibətlərin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri əsasında qurulmalı olduğu qeyd edilib.

2023-cü ilin sentyabrın 21-də keçirilmiş AQEM-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası ilə bağlı Yol Xəritəsi qəbul olunub. Yol Xəritəsində əksini tapmış müddəaların icrası istiqamətində fəaliyyət davam etdirilir.

Azərbaycandan gözləntilər böyükdür

Azərbaycan öz iqtisadi inkişafı ilə istər regional, istərsə də qlobal səviyyədə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin aparıcı iştirakçısıdır. Coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan ticarət yollarının inkişafı üçün infrastrukturunu tamamilə yeniləyib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Cənub Qaz Dəhlizi, yaxın illərdə istifadəyə veriləcək Zəngəzur Dəhlizi və Xəzər ilə Qara dənizi birləşdirəcək elektrik enerjici ixracı kabeli, eləcə də digər daxildəki infrastruktur layihələri AQEM dövlətləri üçün mühüm fürsətdir, ümumi inkişaf üçün isə verilən böyük töhfədir.

2025-ci il üçün AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir daxildir. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub və AQEM-in beş əsas iş istiqamətini əhatə edir. Bunlar iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlərin aradan qaldırılması, rəqəmsallaşma ilə bağlı mövzulardır.

AQƏM ailəsinin gözləntiləri böyükdür, üzv dövlətlər Azərbaycanın sədrliyi altında dialoqun dərinləşdirilməsi, yeni razılaşdırılmış addımların atılması, qarşılıqlı anlaşma,sabitlik və rifahın yaxşılaşdırılması, ölkələr arasında humanitar-mədəni inteqrasiyanın yüksəldilməsi üçün yeni imkanların yaranacağına əmindir.

Beləliklə, AQEM-in Bakı tədbiri dünyada mövcud olan gərginliyi yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yollarının müəyyənləşməsi, sabitlik və təhlükəsizliyin, iştirakçı dövlətlər arasında iqtisadi əməkdaşlığın artması, dövlətlərin ticari-investisiya bağlantılarının inteqrasiyası və digər təşviqedici qərarların qəbul edilməsi baxımından mühüm platforma kimi səciyyələndirilə bilər.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri