Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Panama kanalını ABŞdən alan prezident aviqəzada ölüb Təsadüf, yoxsa qəsd?

Panama kanalını ABŞdən alan prezident aviqəzada ölüb Təsadüf, yoxsa qəsd?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsan tərəfindən yaradılmış ən mühüm gəmiçilik strukturlarından biri olan Panama kanalı ilə hər il təxminən üç yüz milyon ton yük daşınır və bu, bütün okean yük daşımalarının təxminən beş faizini təşkil edir. Kanalın tikintisini fransızlar başladıb, sonra amerikalılar onu əbədi olaraq ələ keçirmək istəyiblər. Panama respublikası dünya xəritəsində ABŞ hökumətinin hiyləsilə 1903-cü ilin noyabrında Kolumbiyadan ayrılaraq yaradılıb. Bu layihənin yeganə məqsədi Amerikanın gəmilərin Cənubi Amerikanın ətrafında dolaşmaq məcburiyyətindən azad edəcək bir kanal üzərində hüquqlarını əldə etmək olub.

Panama kanalının yaradılması

Panama iki okean arasında malların və insanların daşınması üçün ən əlverişli yer olub. Buna görə də, tranzit yol kimi ölkə ərazisindən həm İspaniyanın hökmranlığı dövründə, həm də avropalıların yeni dünyada olmasından əvvəl istifadə edilib. XVI əsrin ortalarında, İspaniyada Habsburq kralı V Karl onun tikintisini qadağan etmək qərarına gəlib.

İki əsr sonra italyalı çoğrafiyaşünas və naviqator Alessandro Malaspina İspaniya hökuməti adından kanalın layihəsini hazırlayıb və 1814-cü ildə onun tikintisi haqqında qanun qəbul edilib. Lakin bu vaxta qədər zəifləmiş İspaniya imperiyası artıq belə iddialı öhdəlikləri həyata keçirmək iqtidarında olmayıb. Üstəlik, 1821-ci ildə Panama bərzəxində yerləşən vilayət, İspaniyadan imtina edərək Simon Bolivarın başçılıq etdiyi Böyük Kolumbiyaya birləşdirildiyini elan edib.

XIX əsrdə kanalın tikintisi ideyası Fransa, Böyük Britaniya və ABŞ-nin dövlət xadimlərinin beynini məşğul edib. Bu genişmiqyaslı planı həyata keçirmək qərarına gələn ilk olaraq fransızlar olub. 1879-cu ildə Parisdə şirkət qurulub. Səhmdar cəmiyyətin sədri Süveyş kanalının tikintisinin rəhbəri kimi məşhurlaşan fransız diplomat və sahibkar Ferdinand de Lesseps olub. Lessepsin nüfuzu o qədər yüksək idi ki, şirkət asanlıqla yeddi yüz mindən çox özəl investordan pul cəlb edib.

Korrupsiya, yeyinti, iflas

Əvvəlcə tikinti kifayət qədər yaxşı gedib, lakin işləri başa çatdırmaq mümkün olmayıb. Ciddi dizayn qüsurları, zəif idarəetmə, işçilər arasında geniş yayılmış malyariya və sarı qızdırma epidemiyalarına nəzarət edilməməsi, kütləvi oğurluq və korrupsiya nəticəsində səhmdarların pulları kanalın tikintisi başa çatana qədər tükənib. 1889-cu ildə şirkətin iflası fırıldaqçılıda iştirak edən çoxlu sayda fransız siyasətçi, iş adamı və mühəndisin reputasiyasını məhv edib.

Qərb yarımkürəsində öz təsirini genişləndirmək istəyən ABŞ yarımçıq qalmış fransız layihəsinin hüquqlarını əldə etmək qərarına gəlib. Amerika 1902-ci ilin iyununda müflis olan fransız şirkətindən cəmi 40 milyon dollara kanalın çəkilmiş hissəsini və yaradılmış strukturları bonus olaraq xeyli miqdarda çox qiymətli avadanlıq ala bilib.

ABŞ-nin Panama dövlətini yaratmaq planı

Razılaşmanın gəlirliliyinə baxmayaraq, amerikalılar vaxt böhranı ilə üzləşiblər, çünki Kolumbiya hökuməti ilə “Okeanlararası kanalın baş şirkəti” arasında konsessiya müqaviləsi bitmək üzərə olu. Şərtlərinə görə, iki il ərzində kanal fəaliyyətə başlamasa, tikilən bütün qurğular pulsuz olaraq Kolumbiyanın mülkiyyətinə keçməlidir. Problemin həlli üçün Boqotaya Vaşinqtondan nümayəndə heyəti göndərilib. Uzun və çətin danışıqlardan sonra 1903-cü il yanvarın 22-də ABŞ dövlət katibi Con Hey və Kolumbiyanın səfiri Tomas Herran tərəfindən müqavilə razılaşdırılıb və imzalanıb.

Bu müqaviləyə əsasən, Birləşmiş Ştatlar kanalı yüz illik icarəyə götürməklə yanaşı, bir dəfəyə 10 milyon dollar və 1912-ci ildən başlayaraq hər il 250 min dollar ödəməyə razı olub. Lakin 1903-cü il avqustun 12-də ölkə parlamenti səs çoxluğu ilə Hay-Herran müqaviləsini ratifikasiya etməkdən imtina edib. Amerikalılar əlavə pul vermək əvəzinə, şirkətin keçmiş direktoru, Panamada güclü əlaqələri olan Filipp-Jan Buno-Variya ilə yerli separatçılara ərazinin Kolumbiyadan ayrılmasını təşkil etməkdə kömək etmək üçün razılığa gəliblər.

ABŞ-dan hərbi dəstək zəmanəti alan Xose Avqustin Aranqonun başçılıq etdiyi dəstə 1903-cü il noyabrın 4-də Panamanın müstəqilliyini elan edib. Cəmi iki həftə sonra, noyabrın 18-də yeni yaradılmış dövlətin rəsmi nümayəndəsi həmin Filipp-Jan Buno-Variya və ABŞ dövlət katibi Con Hey Panama kanalının tikintisi ilə bağlı müqavilə imzalayıblar. Kolumbiyalılara təklif edilən eyni pulla Amerika bütün kanal strukturlarını və onun ətrafındakı torpaqları alıb, lakin artıq nə icarə əsasında, nə də yüz il müddətinə deyil, əmlak kimi və əbədi olaraq.

Kanalın tikintisini 1904-cü ildə ABŞ Müdafiə Nazirliyi öz üzərinə götürüb. İlk gəmi 1914-cü il avqustun 15-də çay yatağından keçin. Bütün işləri nəhayət başa çatdırmaq üçün daha altı il çəkib. 1920-ci ilin iyununda kanalın rəsmi açılışından sonra məlum olub ki, Panamaya illik ödənişlər gəmilərin keçidindən əldə edilən gəlirlə müqayisədə sadəcə qəpik-quruşdur.

Şantajla ABŞ-dən ayrılan bərzəx

1960-cı illərin sonunda Panamanın kanal üzərində hüquqlarını bərpa etmək uğrunda mübarizəyə milli qvardiyanın rəhbəri və 1968-ci il hərbi çevrilişindən sonra ölkənin faktiki lideri olan general Omar Torrixos rəhbərlik edib. Torrixos Panamada bir sıra mühüm iqtisadi və sosial islahatlar aparmağa müvəffəq olub və bu, ölkədə həyat səviyyəsini xeyli yüksəldib, Panama kanalı üzərində suverenliyi bərpa etmək həyatının əsas məqsədi olduğunu bildirib.

1969-cu ilin dekabrında Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil etdiyi çoxsaylı sui-qəsd cəhdləri və hətta hərbi çevrilişə cəhd Panama liderini hakimiyyətdən uzaqlaşdıra bilməyib. Sonda amerikalılar onunla danışıqlar masasına oturmalı olublar. Riçard Niksondan sonra ABŞ prezidenti olan respublikaçı Cerald Ford Amerika pulu ilə tikilmiş və haqlı olaraq onlara məxsus olan kanalın Panamaya verilməsi ilə bağlı Torrixosun tələblərini yerinə yetirməkdən imtina edib.

Amerikanın Vyetnam müharibəsində məğlubiyyətindən sonra vəziyyət dəyişməyə başlayıb. Deyilənə görə, vyetnamlıların uğurundan ruhlanan Torrixos Amerika nümayəndə heyəti ilə danışıqlar zamanı Panamanın tələbləri rədd edilərsə, kanalın hidrotexniki qurğularını toplarla dağıdacağını, sonra isə onların bərpasının qarşısını almaq üçün partizan müharibəsi təşkil edəcəyi ilə hədələyib.

1977-ci ilin yanvarında prezident seçkilərində qalib gələn demokrat Cimmi Karter Sovet İttifaqının təsirinin sürətlə artdığı Latın Amerikası ölkələri ilə normal münasibətlərin bərpası üçün qurbanlar verilməli olduğu qənaətinə gəlib. Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin qəti etirazlarına baxmayaraq, 7 sentyabr 1977-ci ildə Karter Torrixos ilə yeni müqavilə imzalanıb, buna görə Birləşmiş Ştatlar bütün kanal strukturlarını və onun boyunca olan zonanı tədricən, 1999-cu ilin sonuna kimi Panamanın yurisdiksiyasına təhvil verməyə borclu olub.

Müqavilənin ABŞ-də ratifikasiyası inanılmaz dərəcədə çətin olub və iki il davam edib. Bununla belə, 1979-cu il oktyabrın 1-də müqavilə ratifikasiya olunub. Buna uyğun olaraq, 31 dekabr 1999-cu ildə kanalın Panama hökumətinə təntənəli təhvil verilməsi mərasimi olub. 1981-ci il iyulun 31-də general Torrixosun olduğu təyyarə müəmmalı şəraitdə qəzaya uğrayıb. Qəza ilə bağlı istintaq materialları 1989-cu ilin dekabrında ABŞ ordusu tərəfindən ələ keçirilib. Bu materialların yayılması hələ də ABŞ hökumətinin xüsusi fərmanı ilə qadağandır.

Sonuncu dəfə yenilənmiş Panama kanalının açılış mərasimi 26 iyun 2016-cı il tarixində baş tutub. Modernləşdirilmiş kanalın açılış hüququ Çinin “Cosco Shipping Panama” gəmisinə verilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Yanvar 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri