Panamada zəlzələnin vurduğu ziyan hesablanır
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Panamanın ötən cümə günü baş verən güclü zəlzələ nəticəsində zərər çəkmiş tibb müəssisələrini bərpa etmək üçün ən azı 61 milyon dollara ehtiyacı olacaq.
"Yeni Sabah" EFE-yə istinadla xəbər verir ki, bunu Panamanın səhiyyə naziri Fernando Boyd Qalindonu bildirib.
Onun sözlərinə görə, ölkədəki 842 xəstəxanadan 67-si zədələnib. Təxminən 1300 evdə təmir işləri də davam edir. Zəlzələ ölkə daxilində 1280-dən çox ev, 656 məktəb, 60-dan çox inzibati bina, 44 kilsə, 24 tibb mərkəzi, 11 otel, eləcə də magistral yollar və körpülər daxil olmaqla, 2000-dən çox tikiliyə ziyan vurub. pizza sifarişi
Zərərin tam həcmi hələ qiymətləndirilməyib, lakin hakimiyyət orqanları zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 100 milyon dollara qədər vəsait ayırmaq üçün artıq milli fövqəladə vəziyyət elan ediblər.
Xatırlatma: oktyabrın 9-da Panamada 7,2 bal gücündə zəlzələ baş verib. Çərşənbə axşamı günü şimal sahilində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















