Papa gecələr internetə niyə girir? SƏBƏBİ AÇIQLANDI
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Papa XIV Leo alman dilini öyrənmək üçün gecələr "Duolingo" tətbiqindən istifadə edir.
Moderator.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.
İtaliya qəzeti yazır ki, papa seçilməzdən əvvəl internetdə istifadə etdiyi "@drprevost" ləqəbi ilə tanınır. Vatikan bu məlumatla bağlı rəsmi açıqlama verməyib, lakin XIV Leonun qardaşı Con Prevost müsahibəsində bildirib ki, papa yuxusuzluqdan əziyyət çəkəndə alman dilini öyrənə bilər.
Məqalədə bildirilir ki, Roma Papası hər axşam yatmazdan əvvəl "Wordle" və "Words With Friends" adlı onlayn oyunları oynayır, o cümlədən Prevostla birlikdə. Bu yolla o, fikrini yayındırır və ailəsi ilə əlaqəni qoruyub saxlayır.
Roma Papasının qardaşının sözlərinə görə, 70 yaşlı XIV Leo tennis oynayır. Apostol sarayında təmir işləri başa çatdıqdan sonra onun üçün idman zalı da qurulacaq.
Sentyabr ayında pontifik süni intellekt (Sİ) texnologiyasından istifadə etməklə öz virtual obrazının yaradılması ideyasını rədd edib. O, inanclıların onun avatarı ilə ünsiyyət qurması fikrinə qarşı çıxaraq, insanların rəqəmsal məkanı üstün tutaraq “insanlığın dəyərini” unutmaq təhlükəsindən narahat olduğunu bildirib.
(Publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Dekabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















