Futzal millimizin üzvü: “Lənkəranda möhtəşəm atmosfer yaşadıq” MÜSAHİBƏ
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Növbəti oyunda əsas istəyimiz və hədəfimiz qələbədir”.
Bunu Azərbaycan millisinin futzalçısı Ülvi Əliyevin Çexiya ilə evdə 2:2 hesablı etdikləri Dünya Çempionatı 2028-in seçmə mərhələsi matçdan sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Oyunla bağlı fikirləriniz necədir?
– Əvvəlcə Lənkəran camaatına öz təşəkkürümüzü bildiririk. Həqiqətən də bizə möhtəşəm atmosfer yaşatdılar. Açığı, çoxdandır belə futzal həyəcanı hiss olunmurdu. Mən Azərbaycan səviyyəsində belə atmosfer görməmişdim. Komanda adından onlara dərin təşəkkürümüzü bildiririk. Oyuna gəlincə, Çexiya hamının bildiyi kimi, güclü və stabil komandadır. Biz də son illərdə inkişaf etməyə, özümüzü Avropa səhnəsində göstərməyə başlamışıq. Allaha şükürlər olsun ki, yaxşı nəticə əldə etdiyimizə inanıram. Qələbə qazanmaq istəyərdik, sadəcə hələ ki, bu, bizə qismət olmur. Nədənsə şans bizim tərəfimizdə deyil.
– Oyunda fərqləndiniz. Performansınızı necə qiymətləndirirsiniz?
– Şükürlər olsun ki, qol vurmağı bacardım. Amma fərqlənməsəydim belə, komandamızın qələbə qazanmasını istəyərdim. Özümü oyuna tam hazır hiss edirdim. Çexiya ilə son matçdan sonra günlərdir bu qarşılaşmaya hazırlaşırdım. Çünki öz xalqımızın qarşısında daha yaxşı çıxış etmək, daha artığını göstərmək istəyirdim. Şükürlər olsun ki, buna nail olduğumu düşünürəm.
– Bundan sonra oyunların bölgələrdə təşkil olunmasını istəyərsiniz?
– Bəli, əlbəttə. Bakıda da futzala dəstək olan çoxlu insan var. Amma rayonlarda həqiqətən də xüsusi atmosfer hiss olunur. İnsanların sevgisini tam səmimi şəkildə duyursan. Bu da futzalı daha maraqlı edir. Ona görə belə oyunların bölgələrdə daha tez-tez keçirilməsini istəyərdik.
– Növbəti oyundan gözləntiləriniz nələrdir?
– Növbəti oyunda əsas istəyimiz və hədəfimiz qələbədir. Bunun üçün məşqçilərimiz başda olmaqla, bütün futbolçular çox çalışırıq və böyük istək göstəririk. Əslində, tam hazırıq. İnşallah, qələbə qazanaraq xalqımızı sevindirəcəyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 06 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















